https://sputnik.az/20220516/rusiya-xn-abs-da-hebsde-saxlanilan-rusiyalilarla-bagli-movqeyini-aciqladi-441964242.html
Rusiya XİN ABŞ-da həbsdə saxlanılan rusiyalılarla bağlı mövqeyini açıqladı
Rusiya XİN ABŞ-da həbsdə saxlanılan rusiyalılarla bağlı mövqeyini açıqladı
Sputnik Azərbaycan
Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, ABŞ-da həbsdə olan rusiyalıların azad edilməsi və onların Rusiyada saxlanılan ABŞ vətəndaşları... 16.05.2022, Sputnik Azərbaycan
2022-05-16T16:31+0400
2022-05-16T16:31+0400
2022-05-16T16:31+0400
sergey ryabkov
rusiya
abş
rusiya xarici işlər nazirinin müavini sergey ryabov
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:3005:1691_1920x0_80_0_0_615cda7ec542d9a2df6a5f992c69fb66.jpg
BAKI, 16 may — Sputnik. Ryabkov saxlanılan rusiyalılarla bağlı ABŞ-la qarşılıqlı əlaqənin vacibliyindən danışıbMoskva ümid edir ki, Vaşinqton ABŞ-da həbsdə olan rusiyalıların azad edilməsi və onların Rusiyada saxlanılan ABŞ vətəndaşları ilə mümkün mübadiləsi məsələlərində konstitutiv əməkdaşlığın vacibliyini anlayır. Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib."Rusiyalı pilot Konstantin Yaroşenkonun mübadiləsi məsələsi uzun müddətdir ki, müzakirə olunub. Burada bu kanallar (ən yüksək səviyyədə) cəlb olunmayıb, lakin iş operativ və peşəkar şəkildə aparılıb", - deyə Ryabkov qeyd edib.O, köhnə və çox ağır süjetlərdən heç olmasa birinin keçmişdə qalmasından məmnunluğunu ifadə edərək deyib: "Biz Konstantinin qayıtmasına şadıq, onu və ailəsini təbrik edirik"."Ümid edirəm ki, amerikalılar digər əsassız həbslər və ümumiyyətlə qeyri-qanuni hallarla bağlı, bəzi aspektlərdə ABŞ-da uzun müddət həbs cəzası alan vətəndaşlarımızın tutulmasında konstitutiv fəaliyyətin əhəmiyyətini anlayırlar. Məsələ təkcə Yaroşenko ilə bağlı vəziyyətlə məhdudlaşmır. Biz köhnə mövqeyimizə sadiqik ki, vətəndaşlarımız azadlığa buraxılmalıdır. Dəfələrlə amerikalılara uyğun variantlar təklif edilib. Gələcəkdə nələrin mümkün olduğunu görəcəyik", - deyə Ryabkov əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:2731:2048_1920x0_80_0_0_462e2cd0015b04433b0e0923971f128a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey ryabkov, abş, rusiya xarici işlər nazirinin müavini sergey ryabov
sergey ryabkov, abş, rusiya xarici işlər nazirinin müavini sergey ryabov
Rusiya XİN ABŞ-da həbsdə saxlanılan rusiyalılarla bağlı mövqeyini açıqladı
Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, ABŞ-da həbsdə olan rusiyalıların azad edilməsi və onların Rusiyada saxlanılan ABŞ vətəndaşları ilə mübadiləsi mümkündür.
BAKI, 16 may — Sputnik. Ryabkov saxlanılan rusiyalılarla bağlı ABŞ-la qarşılıqlı əlaqənin vacibliyindən danışıb
Moskva ümid edir ki, Vaşinqton ABŞ-da həbsdə olan rusiyalıların azad edilməsi və onların Rusiyada saxlanılan ABŞ vətəndaşları ilə mümkün mübadiləsi məsələlərində konstitutiv əməkdaşlığın vacibliyini anlayır. Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.
"Rusiyalı pilot Konstantin Yaroşenkonun mübadiləsi məsələsi uzun müddətdir ki, müzakirə olunub. Burada bu kanallar (ən yüksək səviyyədə) cəlb olunmayıb, lakin iş operativ və peşəkar şəkildə aparılıb", - deyə Ryabkov qeyd edib.
O, köhnə və çox ağır süjetlərdən heç olmasa birinin keçmişdə qalmasından məmnunluğunu ifadə edərək deyib: "Biz Konstantinin qayıtmasına şadıq, onu və ailəsini təbrik edirik".
"Ümid edirəm ki, amerikalılar digər əsassız həbslər və ümumiyyətlə qeyri-qanuni hallarla bağlı, bəzi aspektlərdə ABŞ-da uzun müddət həbs cəzası alan vətəndaşlarımızın tutulmasında konstitutiv fəaliyyətin əhəmiyyətini anlayırlar. Məsələ təkcə Yaroşenko ilə bağlı vəziyyətlə məhdudlaşmır. Biz köhnə mövqeyimizə sadiqik ki, vətəndaşlarımız azadlığa buraxılmalıdır. Dəfələrlə amerikalılara uyğun variantlar təklif edilib. Gələcəkdə nələrin mümkün olduğunu görəcəyik", - deyə Ryabkov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.