Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya İsveçin NATO-ya daxil olmasına cavab addımları atacaq - RF XİN

© Sputnik / Виталий БелоусовRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Abunə olmaq
İsveçin hakim NATO-ya üzvlük üçün müraciətinə müsbət cavab veriləcəyi təqdirdə öz ərazisində nüvə silahı və hərbi bazaların yerləşdirilməsinə qarşı çıxacağı bildirilib.
BAKI, 16 may - Sputnik. İsveç NATO-ya daxil olduqdan sonra Rusiya hərbi-texniki xarakterli cavab addımları atmağa məcbur olacaq. RİA Novosti-nin xəbərinə görə, bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, konkret tədbirlər alyansın zərbə silahlarının İsveç ərazisində yerləşdirilməsi perspektivlərindən asılı olacaq:
“Rusiya Federasiyası bununla bağlı milli təhlükəsizliyinə yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq”.
Daha sonra məlumatda bildirilir ki, "çox şey İsveçin Şimali Atlantika Alyansına inteqrasiyası üçün konkret şərtlərdən, o cümlədən bu hərbi blokun zərbə silah sistemlərinin İsveç ərazisində yerləşdirilməsi perspektivindən asılı olacaq”.
Xatırladaq ki, ötən bazar İsveçin hakim Sosial Demokrat Partiyası NATO-ya üzvlük üçün müraciət etmək qərarını açıqlayıb. Eyni zamanda İsveç müraciətə müsbət cavab veriləcəyi təqdirdə öz ərazisində nüvə silahı və hərbi bazaların yerləşdirilməsinə qarşı çıxacağı qeyd olunub.
Ölkənin baş naziri Maqdalena Andersson bildirib ki, NATO-ya üzv olmaq ölkənin və İsveç xalqının təhlükəsizliyinə müsbət təsir göstərəcək.
Bazar günü Finlandiya da rəsmi olaraq Şimali Atlantika Alyansına qoşulmaq qərarına gəlib.
KİV-in məlumatına görə, İsveç hökuməti artıq NATO-ya ərizə məktubu hazırlayıb və sənədin Finlandiya ilə eyni vaxtda quruma göndərilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0