Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO öz geosiyasi çərçivəsindən kənara çıxır - Putin

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Abunə olmaq
RF Prezidenti bildirib ki, Ukraynada aşkar olunmuş bioloji laboratoriyalarla əlaqədar olaraq postsovet məkanında epidemioloji vəziyyətin sabitləşdirilməsinin mümkün variantları və mexanizmləri nəzərdən keçirilib.
BAKI, 16 may — Sputnik. NATO öz geosiyasi hüdudlarından kənara çıxır, digər regionlarda beynəlxalq proseslərə təsir göstərməyə çalışır və bu, Rusiyadan diqqət tələb edir. RİA Novosti-nin xəbərinə görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin qeyd deyib.
“Bu sonsuz genişlənmə siyasətindən başqa, NATO həm də öz coğrafi təyinat yerindən, avro-atlantik məkandan kənara çıxır. Bununla da beynəlxalq məsələlərdə getdikcə daha fəal iştirak etməyə və təhlükəsizlik baxımından beynəlxalq situasiyaya nəzarət etməyə çalışır. Beləliklə, NATO dünyanın digər bölgələrində olan proseslərə mənfi təsir göstərmə çalışır”, - deyə Putin bildirib.
Prezident əlavə edib ki, Ukraynada ABŞ-ın nəzarəti altında bioloji silahların komponentləri yaradılıb, MDB-də epidemioloji vəziyyəti qeyri-sabitləşdirmək üçün mexanizmlər hazırlanıb.
“Ukraynada xüsusi əməliyyat zamanı sərhədlərimizin bilavasitə yaxınlığında bioloji silahların komponentlərinin yaradıldığına dair sənədli sübutlar əldə edilib. Onlar bunu Bioloji və zəhərli silahların qadağan edilməsi haqqında konvensiyanı pozaraq ediblər. Postsovet məkanında epidemioloji vəziyyətin sabitləşdirilməsinin mümkün variantları və mexanizmləri nəzərdən keçirilib”, - deyə RF prezidenti vurğulayıb.
Putin onu da qeyd edib ki, Moskva bu baxımdan KTMT çərçivəsində ixtisaslaşmış şuranın işə başlaması ilə əlaqədar Rusiyanın təşəbbüsünün tezliklə həyata keçirilməsi üçün həmkarlarının dəstəyinə ümid edir.
KTMT-yə üzv dövlətlərin liderləri iclas zamanı - Sputnik Azərbaycan, 1920, 16.05.2022
DÜNYA XƏBƏRLƏRİ
KTMT NATO ilə əməkdaşlıq etməyə hazırdır - Bəyanat
Xəbər lenti
0