Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

McDonald's Rusiyada yeni brend altında işləyəcək? - KİV

© Sputnik / Михаил Воскресенский / Mediabanka keçidВывеска на ресторане "Макдоналдс" на проспекте Мира в Москве
Вывеска на ресторане  Макдоналдс на проспекте Мира в Москве - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Abunə olmaq
Korporasiyanın cari ilin mart ayında Rusiyada 850 restoranı müvəqqəti bağlamasına baxmayaraq, şəbəkənin bütün 62 min rusiyalı işçisinə maaş ödənilməkdə davam edir.
BAKI, 16 may — Sputnik. "McDonald's" fast food restoranları şəbəkəsi Rusiyada yeni brend altında işləməyə davam edəcək. Bu barədə RBC saytı öz mənbələrinə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, şirkətin aktivlərinin satışa çıxarılmasına baxmayaraq, işçilərin iş yerləri qorunub saxlanılır. ABŞ korporasiyası restoranlarının işlədiyi yerdə başqa bir şəbəkənin fəaliyyət göstərəcəyi deyilir. Ehtimallara görə, ilk bu cür müəssisənin açılışı artıq iyun ayında baş tuta bilər.
Xatırladaq ki, bir müddət əvvəl McDonald's Rusiya bazarından çıxdığını elan edərək biznesin satışı prosesinə başlamışdı.
Belə ki, martın əvvəlində şirkət Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada 850 restoranı müvəqqəti bağlayıb və bütün bazar fəaliyyətini dayandırıb.
McDonald's-ın baş direktoru Kris Kempçinski buna səbəb kimi "əsas müəssisələrin düzgün işləməsinə, müəssisələr arasında əsas məhsul təkliflərinin saxlanmasına və qonaqların öyrəşdiyi yüksək keyfiyyət standartlarına zəmanət vermək" qabiliyyətinin olmadığını göstərib. Buna baxmayaraq, şəbəkənin bütün 62 min rusiyalı işçisinə maaş ödənilməkdə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0