Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

KTMT-yə üzv dövlətlərin liderləri Moskvaya toplaşır: Mühüm sənəd imzalanacaq

© Sputnik / Maksim Blinov / Mediabanka keçidKTMT dövlətlərinin bayraqları
KTMT dövlətlərinin bayraqları - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Abunə olmaq
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən iclasında çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır.
BAKI, 16 may — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderləri Moskvada çoxtərəfli sənəd imzalayacaq.
KTMT liderlərinin bu gün Moskvada keçiriləcək iclasında həmçinin təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatı yayımlanacaq.
İclasda liderlərin bioloji təhlükəsizlik məsələlərinə ayrıca diqqət ayıracağı, hərbi əməkdaşlığın dərinləşdirilməsi və Əfqanıstan ərazisi daxil olmaqla, yeni çağırışlara qarşı birgə fəaliyyət məsələlərinin müzakirə olunacağı bildirilib.
Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir. Ermənistanın Baş naziri Nikol Paşinyan artıq toplantıya qatılmaq üçün Moskvaya gedib. Onun səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2022
DÜNYA XƏBƏRLƏRİ
Paşinyan Rusiyaya gedib
Xəbər lenti
0