https://sputnik.az/20220515/rusiya-ukraynaya-mexsus-iki-s-300-zenit-raket-kompleksini-vurub-441941536.html
Rusiya ordusu Ukraynaya məxsus iki S-300 zenit-raket kompleksini vurub
Rusiya ordusu Ukraynaya məxsus iki S-300 zenit-raket kompleksini vurub
Sputnik Azərbaycan
Gecə saatlarında Rusiya aviasiyası Ukrayna ərazisində yerləşən komanda məntəqələrinə də zərbələr endirib. 15.05.2022, Sputnik Azərbaycan
2022-05-15T12:10+0400
2022-05-15T12:10+0400
2022-05-15T12:17+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
iqor konaşenkov
rusiya
ukrayna
aviasiya
s-300
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629263_0:0:1920:1080_1920x0_80_0_0_0c9fcea8b3844c46b249970cd0377f77.jpg
BAKI, 15 may - Sputnik. Rusiyanın operativ-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 32 ərazini məhv edib. RİA Novosti xəbər verir ki, bunu bazar günü Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.O, həmçinin bildirib ki, digər obyektlərlə yanaşı, "S-300 zenit-raket kompleksinin iki buraxılış qurğusu və Sumı vilayətinin Şpilevka ərazisindəki radar postu məhv edilib".İqor Konaşenkov onu da bildirib ki, gecə saatlarında Rusiya aviasiyası Ukrayna qoşunlarının dörd sursat anbarını yüksək dəqiqlikli raketlərlə vurub:“Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan atılan raketləri Zaporojye, habelə "Donetsk Xalq Respublikası"nın Paraskoviyievka, Konstantinovka və Novomixailovka yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin iki komanda məntəqəsini, 11 istehkamını, dörd raket və artilleriya silah-sursat anbarını vurub”.Onun sözlərinə görə, gecə saatlarında Rusiya hava hücumundan müdafiə sistemləri 15 Ukrayna pilotsuz təyyarəsini, həmçinin 1 Toçka-U raketi və 11 Smerç RYAS mərmisini məhv edib.General bildirib ki, Rusiya Federasiyasının artilleriya və raket qüvvələri Ukrayna qoşunlarının 6 komanda məntəqəsini və 13 artilleriya batareyasını məhv edib, düşmənin canlı qüvvə və texnikasının 123 toplandığı ərazini vurub.“Raket qoşunları və artilleriya qurğuları altı komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 123 ərazini, atəş mövqelərində Ukrayna Silahlı Qüvvələrinin 13 artilleriya batareyasını vurub”.Konaşenkov vurğulayıb ki, zərbələr nəticəsində 150-yə qədər millətçi öldürülüb, 26 hərbi texnika isə sıradan çıxıb.Generalın sözlərinə görə, ümumilikdə, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlar zamanı Rusiya ordusu 900-ə yaxın pilotsuz uçan aparatı məhv edib:“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 165 təyyarə, 125 helikopter, 879 pilotsuz uçuş aparatı, 306 zenit-raket kompleksi məhv edilib”.O əlavə edib ki, həmçinin 3098 tank və digər zirehli döyüş maşını, 381 reaktiv yaylım atəşi sistemi, 1525 səhra artilleriya qurğusu və minaatan, 2934 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629263_212:0:1652:1080_1920x0_80_0_0_5eb33cd31bbf7e3fa4cfc59998670234.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqor konaşenkov, rusiya, ukrayna, aviasiya, s-300
iqor konaşenkov, rusiya, ukrayna, aviasiya, s-300
Rusiya ordusu Ukraynaya məxsus iki S-300 zenit-raket kompleksini vurub
12:10 15.05.2022 (Yenilənib: 12:17 15.05.2022) Gecə saatlarında Rusiya aviasiyası Ukrayna ərazisində yerləşən komanda məntəqələrinə də zərbələr endirib.
BAKI, 15 may - Sputnik. Rusiyanın operativ-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 32 ərazini məhv edib. RİA Novosti xəbər verir ki, bunu bazar günü Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.
O, həmçinin bildirib ki, digər obyektlərlə yanaşı, "S-300 zenit-raket kompleksinin iki buraxılış qurğusu və Sumı vilayətinin Şpilevka ərazisindəki radar postu məhv edilib".
İqor Konaşenkov onu da bildirib ki, gecə saatlarında Rusiya aviasiyası Ukrayna qoşunlarının dörd sursat anbarını yüksək dəqiqlikli raketlərlə vurub:
“Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan atılan raketləri Zaporojye, habelə "Donetsk Xalq Respublikası"nın Paraskoviyievka, Konstantinovka və Novomixailovka yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin iki komanda məntəqəsini, 11 istehkamını, dörd raket və artilleriya silah-sursat anbarını vurub”.
Onun sözlərinə görə, gecə saatlarında Rusiya hava hücumundan müdafiə sistemləri 15 Ukrayna pilotsuz təyyarəsini, həmçinin 1 Toçka-U raketi və 11 Smerç RYAS mərmisini məhv edib.
General bildirib ki, Rusiya Federasiyasının artilleriya və raket qüvvələri Ukrayna qoşunlarının 6 komanda məntəqəsini və 13 artilleriya batareyasını məhv edib, düşmənin canlı qüvvə və texnikasının 123 toplandığı ərazini vurub.
“Raket qoşunları və artilleriya qurğuları altı komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 123 ərazini, atəş mövqelərində Ukrayna Silahlı Qüvvələrinin 13 artilleriya batareyasını vurub”.
Konaşenkov vurğulayıb ki, zərbələr nəticəsində 150-yə qədər millətçi öldürülüb, 26 hərbi texnika isə sıradan çıxıb.
Generalın sözlərinə görə, ümumilikdə, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlar zamanı Rusiya ordusu 900-ə yaxın pilotsuz uçan aparatı məhv edib:
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 165 təyyarə, 125 helikopter, 879 pilotsuz uçuş aparatı, 306 zenit-raket kompleksi məhv edilib”.
O əlavə edib ki, həmçinin 3098 tank və digər zirehli döyüş maşını, 381 reaktiv yaylım atəşi sistemi, 1525 səhra artilleriya qurğusu və minaatan, 2934 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.