Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ və Rusiyanın müdafiə nazirləri arasında danışıq olub

© Sputnik / Ministry of Defence of the Russian Federation / Vadim Savitskii / Mediabanka keçid Serqey Şoyqu
 Serqey Şoyqu - Sputnik Azərbaycan, 1920, 14.05.2022
Abunə olmaq
ABŞ-ın müdafiə naziri Ostin Ukraynada dərhal atəşkəsin bərpa olunmasına çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb.
BAKI, 14 may - Sputnik. ABŞ müdafiə naziri Lloyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.
"Mayın 13-də müdafiə naziri Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb. Bu, fevralın 18-dən bəri tərəflər arasında ilk telefon danışığıdır", - Pentaqon sözçüsü öz Twitter hesabında yazıb.
Kirbi həmçinin bildirib ki, müdafiə naziri Ostin Ukraynada dərhal atəşkəsin bərpa olunmasına çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Reuters agentliyi Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Ostin və Şoyqu arasında ilk telefon danışığının təxminən bir saat davam etdiyini və heç bir mübahisəli məsələnin həllinə gətirib çıxarmadığını bildirib.
İki nazir arasında söhbət ABŞ mətbuatının ABŞ-ın Ukraynaya “Moskva” kreyseri ilə bağlı kəşfiyyat məlumatı verməsi, sonradan məsələnin Pentaqon tərəfindən təkzib edilməsi ilə bağlı xəbərlər fonunda baş tutub.
Bundan əlavə, bildirilib ki, Vaşinqton gizli şəkildə Ukraynaya döyüş meydanında baş verən hadisələrlə bağlı məlumatları, o cümlədən xüsusi əməliyyatın ikinci mərhələsinin elanından sonra Rusiya qoşunlarının hərəkətlərinin təfərrüatlarını “real vaxt” rejimində ötürür. Bu məlumatlar əsasında rus zabitlərinin ölümünə səbəb olan hücumların həyata keçirildiyi iddia edilir.
Pentaqon bildirib ki, ABŞ Ukraynaya rus komandirlərinin döyüş meydanında olduğu yerlər barədə məlumat vermir. Ağ Ev isə qeyd edib ki, ABŞ prezidenti Co Bayden Kiyevə kəşfiyyat məlumatlarının sızmasında ABŞ-ın rolunun şişirdilməsindən narazıdır.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0