Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu Putinə xüsusi əməliyyatın gedişi barədə məlumat verdi

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu
Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov bildirib ki, iclasda bazar ertəsi KTMT-nin qarşıdan gələn sammiti kontekstində bir sıra məsələlərə də toxunulub.
BAKI, 13 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukraynada xüsusi hərbi əməliyyatın gedişini, Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarından yarana biləcək potensial təhlükələri və bir sıra digər mövzuları müzakirə edib. Bunu Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.
"Müdafiə naziri Sergey Şoyqu cari məsələlərlə yanaşı, iclas iştirakçılarına xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib. Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarı və bununla bağlı Rusiyanın təhlükəsizliyinə yarana biləcək potensial təhdidlər mövzusunda fikir mübadiləsi aparılıb", - Kreml sözçüsü bildirib.
Kreml sözçüsü qeyd edib ki, iclasda bazar ertəsi KTMT-nin qarşıdan gələn sammiti kontekstində bir sıra məsələlərə də toxunulub.
İclasda müdafiə naziri Sergey Şoyqudan başqa, baş nazir Mixail Mişustin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Вид на Кремль - Sputnik Azərbaycan, 1920, 13.05.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin və Zelenski görüşəcək? Kreml məsələyə aydınlıq gətirdi
Xəbər lenti
0