https://sputnik.az/20220513/cenubi-osetiyanin-rusiyaya-birlesdirilmesi-uzre-referendum-teyin-edilib-441921973.html
Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi üzrə referendum təyin edilib
Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi üzrə referendum təyin edilib
Sputnik Azərbaycan
Anatoli Bibilov bu qərarı "Cənubi Osetiya xalqının Rusiyaya birləşməklə bağlı tarixi istəyini rəhbər tutaraq və Cənubi Osetiya Konstitusiyasının 50-ci... 13.05.2022, Sputnik Azərbaycan
2022-05-13T23:41+0400
2022-05-13T23:41+0400
2022-05-14T10:00+0400
rusiya
cənubi osetiya
abxaziya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441189443_0:36:3336:1913_1920x0_80_0_0_32560243085ed5e055a7ccac9ac17978.jpg
BAKI, 13 may - Sputnik. Cənubi Osetiyanın hazırkı rəhbəri Anatoli Bibilov iyulun 17-nə özünü respublika elan etmiş qondarma qurumun Rusiyaya birləşdirilməsi məsələsi üzrə referendum təyin edib. Müvafiq sərəncam "prezident"in saytında dərc olunub. Qeyd olunur ki, "dövlət başçısı" bu qərarı Cənubi Osetiya xalqının Rusiyaya birləşməklə bağlı tarixi istəyini rəhbər tutaraq və Cənubi Osetiya Konstitusiyasının 50-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq qəbul edib. “Cənubi Osetiya Respublikasında "Cənubi Osetiya Respublikasının Rusiyaya birləşməsini dəstəkləyirsinizmi?” sualı ilə referendum təyin edilib. Referendum 17 iyul 2022-ci il tarixində keçiriləcək", - sərəncamda deyilir. May ayında keçirilən seçkilərdə qalib gələn "prezident" Alan Qaqloyevin andiçmə mərasimi mayın 21-dən sonra baş tutacaq. Bundan əvvəl o, bəyan etmişdi ki, “vaxtı gələn kimi Cənubi Osetiyanın Rusiya Federasiyasına daxil olması üçün referendum keçirməyə hazır olacaq”. Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini 2008-ci il avqustun 26-da tanıyıb. Həmin ayın əvvəlində Rusiya Cənubi Osetiyanı Tbilisi hakimiyyətinə tabe etdirməyə çalışan Gürcüstan Ordusuna qarşı müharibəyə qalxıb. O vaxtdan Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, hər iki respublikanın tanınması mövcud reallıqları əks etdirir və ona yenidən baxılmır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
cənubi osetiya
abxaziya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441189443_191:0:2922:2048_1920x0_80_0_0_bb12580e67cd0dffd4d519ec6381d79f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cənubi osetiya, abxaziya
Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi üzrə referendum təyin edilib
23:41 13.05.2022 (Yenilənib: 10:00 14.05.2022) Anatoli Bibilov bu qərarı "Cənubi Osetiya xalqının Rusiyaya birləşməklə bağlı tarixi istəyini rəhbər tutaraq və Cənubi Osetiya Konstitusiyasının 50-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq" qəbul edib.
BAKI, 13 may - Sputnik. Cənubi Osetiyanın hazırkı rəhbəri Anatoli Bibilov iyulun 17-nə özünü respublika elan etmiş qondarma qurumun Rusiyaya birləşdirilməsi məsələsi üzrə referendum təyin edib.
Müvafiq sərəncam "prezident"in saytında dərc olunub. Qeyd olunur ki, "dövlət başçısı" bu qərarı Cənubi Osetiya xalqının Rusiyaya birləşməklə bağlı tarixi istəyini rəhbər tutaraq və Cənubi Osetiya Konstitusiyasının 50-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq qəbul edib.
“Cənubi Osetiya Respublikasında "Cənubi Osetiya Respublikasının Rusiyaya birləşməsini dəstəkləyirsinizmi?” sualı ilə referendum təyin edilib. Referendum 17 iyul 2022-ci il tarixində keçiriləcək", - sərəncamda deyilir.
May ayında keçirilən seçkilərdə qalib gələn "prezident" Alan Qaqloyevin andiçmə mərasimi mayın 21-dən sonra baş tutacaq. Bundan əvvəl o, bəyan etmişdi ki, “vaxtı gələn kimi Cənubi Osetiyanın Rusiya Federasiyasına daxil olması üçün referendum keçirməyə hazır olacaq”.
Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini 2008-ci il avqustun 26-da tanıyıb. Həmin ayın əvvəlində Rusiya Cənubi Osetiyanı Tbilisi hakimiyyətinə tabe etdirməyə çalışan Gürcüstan Ordusuna qarşı müharibəyə qalxıb. O vaxtdan Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, hər iki respublikanın tanınması mövcud reallıqları əks etdirir və ona yenidən baxılmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.