Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda tükürpədici olay: Qadın ölmüş dölü bağ evinə atdı

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində məlum olub ki, qadın paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.
BAKI, 13 may — Sputnik. Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, N.Həsənova paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.
Xatırladaq ki, bənzər hadisə bu ilin yanvarında Neftçala rayonunda da baş vermişdi. Rayon ərazisində yerləşən "Dayan-dincəl" adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölü aşkar edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həbs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
CƏMİYYƏT
Ağcabədidə qayınanasını öldürməkdə şübhəli bilinən gəlinin sevgilisi həbs edilib
Xəbər lenti
0