Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı metrosunda qatarları kimlər idarə edəcək?

Maşinist - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
"Bakı Metropoliteni" QSC-də Təlimləri uğurla bitirən 7 maşinistə vəsiqələri təqdim olunub.
BAKI, 13 may — Sputnik. Biz hər bir qatarda təkcə 1500 sərnişin yox, 1500 ailə daşıyırıq.
Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov ötən ilin iyulundan qurumun Təlim-Tədris Korpusunda nəzəri və praktiki biliklərə yiyələnən 7 məzuna maşinist vəsiqəsinin təqdimatı zamanı deyib.
Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan Təlim-Tədris korpusunda 6-cı buraxılış kursu tamamlanıb.
Maşinist vəsiqəsi alan Azərbaycan Milli Aviasiya Akademiyasının "Aviasiya Təhlükəsizliyinin təşkili və qəzaxilasetmə işləri üzrə təşkili mütəxəssis" fakültəsinin məzunu 30 yaşlı Fərid Muradov 9 aylıq təlim kursunu uğurla yekunlaşdırıb, o iki aydır sərbəst olaraq maşinist kimi çalışır.
© Sputnik / Nigar IskanderovaFərid Muradov
Fərid Muradov - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Fərid Muradov
"Nəqliyyat sahələrinin idarə edilməsinə marağım olub. Pilot olmaq istəsəm də, sonradan bu işin çox çətin olduğunu anladım. Maşinist peşəsi də mənə hər zaman maraqlı gəlib. Bu peşənin əsas çətinliyi üzərində böyük məsuliyyəti hiss etməkdir", - Muradov əməkdaşımızla söhbət zamanı deyib.
O qeyd edib ki, hər bir maşinist beş dəqiqə ərzində yaranmış qəza vəziyyətindən çıxmalıdır. Onlar kurs müddətində müxtəlif fors-major hallarından çıxış yollarını öyrəniblər.
İxtisasca mühəndis olan Xəyyam Muxtarzadənin də nəqliyyatın, texnologiyanın idarəedilməsinə xüsusi marağı olub: "Maşinist peşəsi məni çox cəlb edirdi. Vakansiyası ilə bağlı elanı gördükdə sənədlərini təqdim edib ötən müddətdə kursu uğurla yekunlaşdırdım".
© Sputnik / Nigar IskanderovaXəyyam Muxtarzadə
Xəyyam Muxtarzadə - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Xəyyam Muxtarzadə
Qeyd edək ki, ümumilikdə təlim-tədris kurslarına qatılmaq üçün 300-ə yaxın müraciət olub, 170 nəfər əsas tələblərə uyğun gəldiyi üçün imtahanlara dəvət olunub. Metropolitenlə bağlı ibtidai biliklər və məntiq testinə görə imtahanlara qatılan 125 nəfərdən yalnız 35-i məqbul nəticə göstərib. Müsahibə və psixoloji testdən ibarət ikinci mərhələni 16 nəfər keçə bilib. Növbəti mərhələdə üçüncü kadr komissiyası və tibbi yoxlamadan keçən 10 nəfər nəzəri təlimlərə başlasa da, kursun gedişində 3 təcrübəçi müxtəlif səbəblərdən tədris prosesindən uzaqlaşıb.
Qeyd edək ki, Bakı metropolitenində qatar maşinisti və platforma növbətçisi peşələri üzrə növbəti kurslar başlanıb. Budəfəki təlimlər ilk dəfə olaraq Bakı Peşə Hazırlığı Mərkəzinin birbaşa iştirakı ilə təşkil edilir.
Təqaüdlər ayrılıb
Bu layihə cari il fevral ayının 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir. Məşğulluğa dəstək, əhalinin işlə təmin olunması istiqamətində əhəmiyyətli layihələr həyata keçirən Peşə Hazırlığı Mərkəzi bu kursların tədris proqramının, təlimlərin aparılmasında yaxından iştirak edir. Təlimçilərin əməyinin qiymətləndirilməsi məqsədi ilə təqaüd də ayrılıb.
Maşinistlərin seçim prosesi üç mərhələdə təşkil edilib, 209 müraciətə baxılıb. Onlardan yalnız 70-i müsabiqənin birinci mərhələsinə uyğun gəlib. Bu mərhələni 28 nəfər məqbul nəticə ilə keçərək, kadr komissiyasına və psixologiya müsahibəsinə cəlb edilib. Tibbi yoxlamadan keçmiş 10 müdavim 7 aya yaxın davam edəcək nəzəri təlimlərə cəlb olunub.
Platforma növbətçisi peşəsi üzrə seçimlərdə 314 elektron ərizədən 194-ü tələblərə tam uyğun olduğundan müsabiqəyə çağırılıblar. Dəvəti qəbul edən 130 nəfər Bakı metropoliteni ilə bağlı ibtidai biliklər və məntiq testinə cəlb ediliblər. Müvafiq qiymətləndirmədə ən yüksək bal toplamış 15 nəfər ikinci mərhələyə buraxılıb. 2 nəfər qeyri-müəyyən səbəbdən bu mərhələyə gəlməyib.
13 nəfər kadr komissiyasını uğurla keçib, lakin iki nəfər kursa qatılmaqdan imtina edib. Bakı Peşə Hazırlığı Mərkəzi ilə birlikdə başlanmış təlimlər nəzəri və praktiki olmaqla iki ay davam edir. Kadr komissiyasının imtahanından uğurla keçənlər platforma növbətçisi peşəsinə yiyələnərək metropoliten stansiyalarında vəzifələrinin icrasına başlayacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0