https://sputnik.az/20220512/ukrayna-herbi-texnikasinin-cemlesdiyi-120-eraziye-zerbeler-endirilib---rusiya-mn--441852772.html
Ukrayna hərbi texnikasının cəmləşdiyi 120 əraziyə zərbələr endirilib - Rusiya MN
Ukrayna hərbi texnikasının cəmləşdiyi 120 əraziyə zərbələr endirilib - Rusiya MN
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, Odessa vilayətində Ukraynanın S-300 zenit-raket kompleksi üçün radar... 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T12:16+0400
2022-05-12T12:16+0400
2022-05-12T13:43+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441857897_0:0:1920:1080_1920x0_80_0_0_4e3d0b442093d03214403c17b1b1ea0b.jpg
BAKI, 12 may — Sputnik. Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası Odessa vilayətində S-300 hava hücumundan müdafiə radarını və Xarkov vilayətində raket və artilleriya silahları anbarını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib."Əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 120 əraziyə zərbələr endirib. Bundan başqa, Odessa vilayətində Ukraynanın S-300 zenit-raket kompleksi üçün radar yönləndirmə stansiyası, Xarkov vilayətinin Krasnopavlovka rayonundakı raket və artilleriya silahları anbarı məhv edilib", - deyə Konaşenkov bildirib.Konaşenkov qeyd edib ki, xüsusi əməliyyat zamanı yüksək dəqiqlikli havadan buraxılan raketlər Çerniqov vilayətində iki sursat anbarına düşüb və nəticədə 320-dən çox millətçi həlak olub.Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, zərbələr nəticəsində 72 hərbi texnika sıradan çıxarılıb.Konaşenkov deyib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 125 helikopterini, 821 pilotsuz uçuş aparatını (PUA), 3013 tank və zirehli texnikasını, həmçinin 364 reaktiv yaylım atəş sistemini məhv edib.Qeyd edək ki, bu gün Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Mariupol şəhərindən sakinlərin “Azov”çuların* törətdikləri cinayətlərlə bağlı fikirlərini paylaşıb:Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.* “Azov” — Rusiyada fəaliyyəti qadağan olunmuş ekstremist təşkilat.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441857897_240:0:1680:1080_1920x0_80_0_0_f89a8bf2d31531743dffff1716af497d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna
Ukrayna hərbi texnikasının cəmləşdiyi 120 əraziyə zərbələr endirilib - Rusiya MN
12:16 12.05.2022 (Yenilənib: 13:43 12.05.2022) Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, Odessa vilayətində Ukraynanın S-300 zenit-raket kompleksi üçün radar yönləndirmə stansiyası məhv edilib.
BAKI, 12 may — Sputnik. Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası Odessa vilayətində S-300 hava hücumundan müdafiə radarını və Xarkov vilayətində raket və artilleriya silahları anbarını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
"Əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 120 əraziyə zərbələr endirib. Bundan başqa, Odessa vilayətində Ukraynanın S-300 zenit-raket kompleksi üçün radar yönləndirmə stansiyası, Xarkov vilayətinin Krasnopavlovka rayonundakı raket və artilleriya silahları anbarı məhv edilib", - deyə Konaşenkov bildirib.
Konaşenkov qeyd edib ki, xüsusi əməliyyat zamanı yüksək dəqiqlikli havadan buraxılan raketlər Çerniqov vilayətində iki sursat anbarına düşüb və nəticədə 320-dən çox millətçi həlak olub.
"Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli hava-desant raketləri gün ərzində Çerniqov vilayətinin Novqorod-Severski rayonunda dörd komanda məntəqəsini, canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 34 ərazini, həmçinin iki silah-sursat anbarını vurub", - deyə Konaşenkov açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, zərbələr nəticəsində 72 hərbi texnika sıradan çıxarılıb.
Konaşenkov deyib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 125 helikopterini, 821 pilotsuz uçuş aparatını (PUA), 3013 tank və zirehli texnikasını, həmçinin 364 reaktiv yaylım atəş sistemini məhv edib.
Qeyd edək ki, bu gün Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Mariupol şəhərindən sakinlərin “Azov”çuların* törətdikləri cinayətlərlə bağlı fikirlərini paylaşıb:
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
* “Azov” — Rusiyada fəaliyyəti qadağan olunmuş ekstremist təşkilat.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.