Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın mötəbər şəxsləri Yerevanda: Onlar Paşinyanla nə danışıblar?

© AP Photo / Francois Mori Ermənistanın Baş naziri Nikol Paşinyan
 Ermənistanın Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Rusiya Baş nazirinin müavini Sergey Overçuk deyib ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının yaradılması ilə bağlı Paşinyanın qiymətləndirmələrini bölüşür.
BAKI, 12 may - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Sergey Overçuk və xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı məsələlər müzakirə edilib.
"Biz regional, avtomobil və dəmir yolu kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində artıq görülən işləri yüksək qiymətləndiririk. Bu mövzunun bizim üçün nə qədər vacib olduğunu bilirsiniz, çünki biz konkret həll yolları tapanda bu, regiondakı vəziyyəti dəyişəcək. Biz konkret müsbət nəticədə maraqlıyıq”, - Paşinyan bildirib.
Overçukun sözlərinə görə, Rusiya Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının yaradılması ilə bağlı Paşinyanın qiymətləndirmələrini bölüşür.
"Bu, baş verəndə regionun bütün nəqliyyat konfiqurasiyası tamamilə dəyişəcək. Və həqiqətən də Ermənistan iqtisadiyyatının inkişafı, əlavə təkan almaq üçün yeni imkanlar açılacaq", - Overçuk deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0