https://sputnik.az/20220512/rusiya-merkezi-asiyani-geosiyasi-qarsidurma-meydani-hesab-etmir---matviyenko-441850145.html
Rusiya Mərkəzi Asiyanı geosiyasi qarşıdurma meydanı hesab etmir - Matviyenko
Rusiya Mərkəzi Asiyanı geosiyasi qarşıdurma meydanı hesab etmir - Matviyenko
Sputnik Azərbaycan
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Rusiya Mərkəzi Asiyanı geosiyasi qarşıdurma arenası hesab etməyib, region dövlətlərinin... 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T11:34+0400
2022-05-12T11:34+0400
2022-05-12T11:35+0400
rusiya
rusiya
mərkəzi asiya
ktmt
https://cdnn1.img.sputnik.az/img/42431/57/424315727_0:0:3000:1688_1920x0_80_0_0_88d8cb134d6632b16e406fba964b5d23.jpg
BAKI, 12 may — Sputnik. Rusiya Mərkəzi Asiyanı geosiyasi qarşıdurma meydanı hesab etməyib və hesab etmir və bütün Mərkəzi Asiya dövlətlərinin inkişafında maraqlıdır. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Mərkəzi Asiya ölkələri və Rusiya Federasiyası Parlamentlərarası Forumunun plenar iclasında çıxışı zamanı deyib."Rusiya, əlbəttə ki, bütün Mərkəzi Asiya dövlətlərinin kompleks inkişafında, regionun rifah səviyyəsinin və təhlükəsizliyinin artırılmasında maraqlıdır. Xüsusilə qeyd etmək istərdim ki, Rusiya Mərkəzi Asiyanı geosiyasi qarşıdurma arenası hesab etməyib, ənənəvi olaraq region dövlətlərinin suveren inkişaf hüququna hörmət edir və regiondaxili inteqrasiyanın gücləndirilməsi tendensiyalarını alqışlayır", - Matviyenko bildirib.Onun sözlərinə görə, regional təhlükəsizlik sahəsində çağırışlar xüsusi diqqət tələb edir."Söhbət, ilk növbədə, beynəlxalq terrorizmə, ekstremizmə, hakimiyyəti zorakılıqla devirməyə, dövlət çevrilişinə cəhdlərə qarşı kompleks işlərdən gedir. Biz bu məsələlərlə bağlı çoxtərəfli dialoqun daim inkişaf etdirilməsində, KTMT, ŞƏT, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair görüşlər kimi əməkdaşlıq mexanizmlərinin qorunmasında maraqlıyıq", - Matviyenko əlavə edib.Federasiya Şurasının sədrinin sözlərinə görə, bu gün Rusiyanın Mərkəzi Asiya regionu ölkələri ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır."Mütəmadi dialoqu davam etdirən dövlətlərimizin liderləri bu müstəvidə xüsusi etimad mühiti yaradıblar", - o vurğulayıb.Matviyenko qeyd edib ki, 2021-ci ildə Rusiyanın Mərkəzi Asiya ölkələri ilə ticarəti təxminən 37 milyard dollar təşkil edib ki, bu da əvvəlki dövrdəki rəqəmləri xeyli üstələyib. Rusiya kapitalının iştirakı ilə regionda demək olar ki, 17 min müəssisə fəaliyyət göstərir."Bu çox böyük statistikaya baxmayaraq, iqtisadi əməkdaşlığımızın potensialı tam reallaşmaqdan uzaqdır. Parlamentarilərin əsas vəzifələrindən biri də əlimizdə olan imkanlardan istifadə edərək onun ortaya çıxmasına töhfə verməkdir", - deyə Matviyenko çıxışını yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
mərkəzi asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42431/57/424315727_333:0:3000:2000_1920x0_80_0_0_fe00a6c39c7a4c949ec31ba54c0c8b7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, mərkəzi asiya, ktmt
rusiya, mərkəzi asiya, ktmt
Rusiya Mərkəzi Asiyanı geosiyasi qarşıdurma meydanı hesab etmir - Matviyenko
11:34 12.05.2022 (Yenilənib: 11:35 12.05.2022) Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Rusiya Mərkəzi Asiyanı geosiyasi qarşıdurma arenası hesab etməyib, region dövlətlərinin suveren inkişaf hüququna hörmət edir.
BAKI, 12 may — Sputnik. Rusiya Mərkəzi Asiyanı geosiyasi qarşıdurma meydanı hesab etməyib və hesab etmir və bütün Mərkəzi Asiya dövlətlərinin inkişafında maraqlıdır. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Mərkəzi Asiya ölkələri və Rusiya Federasiyası Parlamentlərarası Forumunun plenar iclasında çıxışı zamanı deyib.
"Rusiya, əlbəttə ki, bütün Mərkəzi Asiya dövlətlərinin kompleks inkişafında, regionun rifah səviyyəsinin və təhlükəsizliyinin artırılmasında maraqlıdır. Xüsusilə qeyd etmək istərdim ki, Rusiya Mərkəzi Asiyanı geosiyasi qarşıdurma arenası hesab etməyib, ənənəvi olaraq region dövlətlərinin suveren inkişaf hüququna hörmət edir və regiondaxili inteqrasiyanın gücləndirilməsi tendensiyalarını alqışlayır", - Matviyenko bildirib.
Onun sözlərinə görə, regional təhlükəsizlik sahəsində çağırışlar xüsusi diqqət tələb edir.
"Söhbət, ilk növbədə, beynəlxalq terrorizmə, ekstremizmə, hakimiyyəti zorakılıqla devirməyə, dövlət çevrilişinə cəhdlərə qarşı kompleks işlərdən gedir. Biz bu məsələlərlə bağlı çoxtərəfli dialoqun daim inkişaf etdirilməsində, KTMT, ŞƏT, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair görüşlər kimi əməkdaşlıq mexanizmlərinin qorunmasında maraqlıyıq", - Matviyenko əlavə edib.
Federasiya Şurasının sədrinin sözlərinə görə, bu gün Rusiyanın Mərkəzi Asiya regionu ölkələri ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.
"Mütəmadi dialoqu davam etdirən dövlətlərimizin liderləri bu müstəvidə xüsusi etimad mühiti yaradıblar", - o vurğulayıb.
Matviyenko qeyd edib ki, 2021-ci ildə Rusiyanın Mərkəzi Asiya ölkələri ilə ticarəti təxminən 37 milyard dollar təşkil edib ki, bu da əvvəlki dövrdəki rəqəmləri xeyli üstələyib. Rusiya kapitalının iştirakı ilə regionda demək olar ki, 17 min müəssisə fəaliyyət göstərir.
"Bu çox böyük statistikaya baxmayaraq, iqtisadi əməkdaşlığımızın potensialı tam reallaşmaqdan uzaqdır. Parlamentarilərin əsas vəzifələrindən biri də əlimizdə olan imkanlardan istifadə edərək onun ortaya çıxmasına töhfə verməkdir", - deyə Matviyenko çıxışını yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.