https://sputnik.az/20220512/finlandiya-nato-ya-daxil-olarsa---peskov-xeberdarliq-etdi-441867989.html
Finlandiya NATO-ya daxil olarsa... - Peskov xəbərdarlıq etdi
Finlandiya NATO-ya daxil olarsa... - Peskov xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Finlandiyanın niyə mövqeyini dəyişməsi və bloka daxil olmayan statusundan imtina etməsi ilə bağlı sual bu... 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T23:46+0400
2022-05-12T23:46+0400
2022-05-12T23:46+0400
dmitri peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427450072_0:0:3038:1710_1920x0_80_0_0_b956efcce16b7c30fee7db5472a8cc75.jpg
BAKI, 12 may — Sputnik. Finlandiyanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməsinə səbəb olacaq. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.Peskov qeyd edib ki, hər şey bu, genişlənmə prosesinin gələcəkdə necə ifadə olunacağından, hərbi infrastrukturun nə qədər uzağa, Rusiya sərhədlərinə yaxınlaşmasından asılı olacaq."Əlbəttə, xatırlayırsınızsa, hazırda NATO-nun şərq cinahının güclənməsi ilə bağlı qərb cinahlarımızı gücləndirmək üçün tədbirlərin siyahısını hazırlamaqla bağlı Prezidentin göstərişi var, yəni NATO irəliləyir. Ona görə də təbii ki, bütün bunlar xüsusi təhlilin elementlərinə çevriləcək və vəziyyəti tarazlaşdırmaq və təhlükəsizliyimizi təmin etmək üçün lazımi tədbirləri işləyib hazırlayacağıq", - deyə Peskov bildirib.O qeyd edib ki, Finlandiyanın niyə mövqeyini dəyişməsi və blokdankənar statusundan imtina etməsi ilə bağlı sual bu ölkənin hakimiyyət orqanlarına verilməlidir."Bilirsiniz ki, Finlandiya Aİ çərçivəsində ölkəmizə qarşı atılan qeyri-dost addımlara qoşulub. Bu, bizi təəssüfləndirməyə bilməz və bizim müvafiq əks cavablarımıza səbəb olur", - dövlət başçısının mətbuat katibi əlavə edib.Bundan əvvəl Finlandiyanın prezidenti və Baş naziri Sauli Niiniste və Sanna Marin birgə bəyanatda bildiriblər ki, Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir. Onların fikrincə, alyansa üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək.Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427450072_307:0:3038:2048_1920x0_80_0_0_a3ed2fb4fdb454696364be06a76b6997.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov
Finlandiya NATO-ya daxil olarsa... - Peskov xəbərdarlıq etdi
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Finlandiyanın niyə mövqeyini dəyişməsi və bloka daxil olmayan statusundan imtina etməsi ilə bağlı sual bu ölkənin hakimiyyət orqanlarına verilməlidir.
BAKI, 12 may — Sputnik. Finlandiyanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməsinə səbəb olacaq. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov qeyd edib ki, hər şey bu, genişlənmə prosesinin gələcəkdə necə ifadə olunacağından, hərbi infrastrukturun nə qədər uzağa, Rusiya sərhədlərinə yaxınlaşmasından asılı olacaq.
"Əlbəttə, xatırlayırsınızsa, hazırda NATO-nun şərq cinahının güclənməsi ilə bağlı qərb cinahlarımızı gücləndirmək üçün tədbirlərin siyahısını hazırlamaqla bağlı Prezidentin göstərişi var, yəni NATO irəliləyir. Ona görə də təbii ki, bütün bunlar xüsusi təhlilin elementlərinə çevriləcək və vəziyyəti tarazlaşdırmaq və təhlükəsizliyimizi təmin etmək üçün lazımi tədbirləri işləyib hazırlayacağıq", - deyə Peskov bildirib.
O qeyd edib ki, Finlandiyanın niyə mövqeyini dəyişməsi və blokdankənar statusundan imtina etməsi ilə bağlı sual bu ölkənin hakimiyyət orqanlarına verilməlidir.
"Bilirsiniz ki, Finlandiya Aİ çərçivəsində ölkəmizə qarşı atılan qeyri-dost addımlara qoşulub. Bu, bizi təəssüfləndirməyə bilməz və bizim müvafiq əks cavablarımıza səbəb olur", - dövlət başçısının mətbuat katibi əlavə edib.
Bundan əvvəl Finlandiyanın prezidenti və Baş naziri Sauli Niiniste və Sanna Marin birgə bəyanatda bildiriblər ki, Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir. Onların fikrincə, alyansa üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.