https://sputnik.az/20220511/rusiya-mn-bir-gecede-ukraynada-400-den-cox-hedef-vurulub-441821888.html
Rusiya MN: Bir gecədə Ukraynada 400-dən çox hədəf vurulub
Rusiya MN: Bir gecədə Ukraynada 400-dən çox hədəf vurulub
Sputnik Azərbaycan
General-mayor İqor Konaşenkov bildirib ki, bir gecə ərzində Ukraynaya məxsus 9 pilotsuz uçuş aparatı məhv edilib. 11.05.2022, Sputnik Azərbaycan
2022-05-11T12:43+0400
2022-05-11T12:43+0400
2022-05-11T12:43+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
iqor konaşenkov
ukrayna
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440491797_0:0:3025:1702_1920x0_80_0_0_e35707772838c96396479dd183501c0c.jpg
BAKI, 11 may — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatını Zmeyniy adası yaxınlığında, bütün gecə ərzində isə Ukraynaya məxsus doqquz pilotsuz uçuş aparatını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası bir gecədə Ukraynada 400-dən çox hədəfi vurub. "Raket qüvvələri və artilleriya bölmələri canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 407 ərazini vurub, 13 komanda məntəqəsini, Osa-AKM zenit-raket komplekslərinin dörd mövqeyini və 14 sursat anbarını məhv edib. Zərbələr nəticəsində 280-dən çox millətçi həlak olub, 59 hərbi hissə yararsız hala düşüb", - Müdafiə Nazirliyinin sözçüsü bildirib."Əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində 93 hədəfi, o cümlədən iki komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 69 ərazini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç silah-sursat anbarını vurub", - Konaşenkov əlavə edib.Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 164 təyyarə, 125 helikopter, 807 pilotsuz uçuş aparatı, 302 zenit-raket kompleksi, 2998 tank və digər zirehli döyüş texnikası, 360 çoxlu raket sistemləri qurğusu, 1455 artilleriya və minaatan, həmçinin 2808 ədəd xüsusi hərbi texnika məhv edilib.Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220510/rusiya-ordusu-kiyevin-zmeyini-adasini-ele-kecirmek-cehdinin-qarsisini-alib---rf-mn-441809644.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440491797_146:0:2877:2048_1920x0_80_0_0_10d63967f8a34184a14cc7bd2b8b423c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iqor konaşenkov, ukrayna, rusiya federasiyası
iqor konaşenkov, ukrayna, rusiya federasiyası
Rusiya MN: Bir gecədə Ukraynada 400-dən çox hədəf vurulub
General-mayor İqor Konaşenkov bildirib ki, bir gecə ərzində Ukraynaya məxsus 9 pilotsuz uçuş aparatı məhv edilib.
BAKI, 11 may — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatını Zmeyniy adası yaxınlığında, bütün gecə ərzində isə Ukraynaya məxsus doqquz pilotsuz uçuş aparatını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası bir gecədə Ukraynada 400-dən çox hədəfi vurub. "Raket qüvvələri və artilleriya bölmələri canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 407 ərazini vurub, 13 komanda məntəqəsini, Osa-AKM zenit-raket komplekslərinin dörd mövqeyini və 14 sursat anbarını məhv edib. Zərbələr nəticəsində 280-dən çox millətçi həlak olub, 59 hərbi hissə yararsız hala düşüb", - Müdafiə Nazirliyinin sözçüsü bildirib.
"Əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində 93 hədəfi, o cümlədən iki komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 69 ərazini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç silah-sursat anbarını vurub", - Konaşenkov əlavə edib.
Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 164 təyyarə, 125 helikopter, 807 pilotsuz uçuş aparatı, 302 zenit-raket kompleksi, 2998 tank və digər zirehli döyüş texnikası, 360 çoxlu raket sistemləri qurğusu, 1455 artilleriya və minaatan, həmçinin 2808 ədəd xüsusi hərbi texnika məhv edilib.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.