https://sputnik.az/20220511/kreml-ukraynada-xususi-emeliyyat-plana-uygun-gedir-441833275.html
Kreml: Ukraynada xüsusi əməliyyat plana uyğun gedir
Kreml: Ukraynada xüsusi əməliyyat plana uyğun gedir
Sputnik Azərbaycan
Dmitri Peskovun sözlərinə görə, Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində hərbi vəziyyət tətbiq edilməyəcək. 11.05.2022, Sputnik Azərbaycan
2022-05-11T17:51+0400
2022-05-11T17:51+0400
2022-05-11T18:10+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
rusiya federasiyası
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440141452_0:102:3005:1792_1920x0_80_0_0_903c19767f1dfe4531d084c4adcbab91.jpg
BAKI, 11 may — Sputnik. Ukraynada xüsusi əməliyyat plan üzrə gedir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ tərəfinin Rusiya Federasiyasının guya uzun sürən münaqişəyə hazırlığı barədə açıqlamalarını şərh edərkən bildirib.Bu yaxınlarda ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Hayns Rusiya hakimiyyətinin Ukraynada uzun sürən münaqişəyə hazırlaşdığını və Donbasdan kənarda hədəflərə nail olmağa ümid etdiyini bildirib."Biz xüsusi hərbi əməliyyatın plana uyğun inkişaf etdiyini təkrarlayan və bu yaxınlarda təsdiqləyən Rusiya prezidentinin bəyanatlarına diqqət yetirməyi təklif edirik", - deyə Peskov jurnalistlərin sualına cavab verərkən qeyd edib.O, bildirib ki, Ukrayna hadisələri ilə bağlı vəziyyət fonunda Rusiya ərazisində və ya ayrı-ayrı regionlarda hərbi vəziyyətin tətbiqi planlaşdırılmır."Xeyr, bu, planlarda yoxdur", - deyə Peskov vurğulayıb.Mətbuat katibi həmçinin qeyd edib ki, Rusiyanı hakerlikdə ittiham etmək bütün dünyada sevimli hobbidir, eyni zamanda Rusiya son günlərdə irimiqyaslı kiberhücumların qurbanına çevrilib.Amerikalı sahibkar və "SpaceX" şirkətinin qurucusu İlon Mask bu yaxınlarda Rusiyadan olan hakerləri "Starlink" peyk şəbəkəsi avadanlığına iddia edilən kiberhücumları "aktivləşdirməkdə" günahlandırıb, lakin heç bir sübut təqdim etməyib."Starlink" dünyanın istənilən nöqtəsində genişzolaqlı İnternetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə "SpaceX" şirkəti tərəfindən 2018-ci ilin fevralında işə başlayıb."Bilirsiniz ki, bu, yəqin ki, informasiya təhlükəsizliyi baxımından hər hansı hücuma görə Rusiyanı günahlandırmaq indi dünyada hər kəsin sevimli hobbisidir. Burada xatırlatmaq yerinə düşər ki, son günlərdə məhz Rusiya irimiqyaslı kiberhücumların qurbanına məruz qalıb. Bu cür ittihamların nəyə əsaslandığını bilmirəm. Bizdə belə bir məlumat yoxdur", - deyə Peskov vurğulayıb.Kremldə "Starlink" şəbəkəsinin Rusiya ordusuna qarşı istifadə edildiyinə dair sübutların olub-olmaması ilə bağlı suala Peskov "bunu Rusiya ordusundan soruşmaq lazımdır" cavabını verib.Rusiya hakimiyyəti dəfələrlə kiberhücumlarda və haker fəaliyyətlərində iştirakını inkar edib, həmçinin hakerlərə qarşı mübarizədə əməkdaşlığa, eləcə də kibertəhlükəsizlik üzrə dialoq aparmağa hazır olduqlarını bildiriblər.Aprel ayında Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyanın kiberhücumları ilə bağlı ittihamlarını Co Bayden administrasiyasının "başlanmış kiber təcavüzü ört-basdır etmək üçün Rusiyanı və onun beynəlxalq informasiya təhlükəsizliyini gücləndirmək siyasətini gözdən salmaqla bağlı" növbəti təbliğatı adlandırıb.Fevralın 26-da Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov Maskdan Ukraynanı "Starlink" stansiya və peyk internetinə çıxışla təmin etməyi xahiş edib, ertəsi gün Mask "Starlink"in indi ölkədə fəaliyyət göstərdiyini bildirib. Ukraynada hərbi vəziyyət dövründə "Starlink" sisteminin abunəçi peyk terminallarından istifadəyə bütün kateqoriyalı istifadəçilər üçün icazə verilib. "Roskosmos" dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin öz "Telegram" kanalında Maska yazıb ki, o, Ukrayna qüvvələrini hərbi rabitə vasitələri ilə təchiz etdiyinə görə "yetkin insan kimi cavab verməli olacaq". Həmçinin Maskın bu yolla Ukrayna qoşunlarını təchiz etməkdə "əli olduğunu" bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220411/abs-kv-i-rusiyanin-ukraynada-kecirilen-xususi-emeliyyat-fonunda-qalib-oldugunu-yazib-441015346.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440141452_0:0:2731:2048_1920x0_80_0_0_d0a09ac30b3ea2354cc372d25aae956a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, rusiya federasiyası, dmitri peskov
ukrayna, rusiya federasiyası, dmitri peskov
Kreml: Ukraynada xüsusi əməliyyat plana uyğun gedir
17:51 11.05.2022 (Yenilənib: 18:10 11.05.2022) Dmitri Peskovun sözlərinə görə, Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində hərbi vəziyyət tətbiq edilməyəcək.
BAKI, 11 may — Sputnik. Ukraynada xüsusi əməliyyat plan üzrə gedir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ tərəfinin Rusiya Federasiyasının guya uzun sürən münaqişəyə hazırlığı barədə açıqlamalarını şərh edərkən bildirib.
Bu yaxınlarda ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Hayns Rusiya hakimiyyətinin Ukraynada uzun sürən münaqişəyə hazırlaşdığını və Donbasdan kənarda hədəflərə nail olmağa ümid etdiyini bildirib.
"Biz xüsusi hərbi əməliyyatın plana uyğun inkişaf etdiyini təkrarlayan və bu yaxınlarda təsdiqləyən Rusiya prezidentinin bəyanatlarına diqqət yetirməyi təklif edirik", - deyə Peskov jurnalistlərin sualına cavab verərkən qeyd edib.
O, bildirib ki, Ukrayna hadisələri ilə bağlı vəziyyət fonunda Rusiya ərazisində və ya ayrı-ayrı regionlarda hərbi vəziyyətin tətbiqi planlaşdırılmır.
"Xeyr, bu, planlarda yoxdur", - deyə Peskov vurğulayıb.
Mətbuat katibi həmçinin qeyd edib ki, Rusiyanı hakerlikdə ittiham etmək bütün dünyada sevimli hobbidir, eyni zamanda Rusiya son günlərdə irimiqyaslı kiberhücumların qurbanına çevrilib.
Amerikalı sahibkar və "SpaceX" şirkətinin qurucusu İlon Mask bu yaxınlarda Rusiyadan olan hakerləri "Starlink" peyk şəbəkəsi avadanlığına iddia edilən kiberhücumları "aktivləşdirməkdə" günahlandırıb, lakin heç bir sübut təqdim etməyib.
"Starlink" dünyanın istənilən nöqtəsində genişzolaqlı İnternetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə "SpaceX" şirkəti tərəfindən 2018-ci ilin fevralında işə başlayıb.
"Bilirsiniz ki, bu, yəqin ki, informasiya təhlükəsizliyi baxımından hər hansı hücuma görə Rusiyanı günahlandırmaq indi dünyada hər kəsin sevimli hobbisidir. Burada xatırlatmaq yerinə düşər ki, son günlərdə məhz Rusiya irimiqyaslı kiberhücumların qurbanına məruz qalıb. Bu cür ittihamların nəyə əsaslandığını bilmirəm. Bizdə belə bir məlumat yoxdur", - deyə Peskov vurğulayıb.
Kremldə "Starlink" şəbəkəsinin Rusiya ordusuna qarşı istifadə edildiyinə dair sübutların olub-olmaması ilə bağlı suala Peskov "bunu Rusiya ordusundan soruşmaq lazımdır" cavabını verib.
Rusiya hakimiyyəti dəfələrlə kiberhücumlarda və haker fəaliyyətlərində iştirakını inkar edib, həmçinin hakerlərə qarşı mübarizədə əməkdaşlığa, eləcə də kibertəhlükəsizlik üzrə dialoq aparmağa hazır olduqlarını bildiriblər.
Aprel ayında Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyanın kiberhücumları ilə bağlı ittihamlarını Co Bayden administrasiyasının "başlanmış kiber təcavüzü ört-basdır etmək üçün Rusiyanı və onun beynəlxalq informasiya təhlükəsizliyini gücləndirmək siyasətini gözdən salmaqla bağlı" növbəti təbliğatı adlandırıb.
Fevralın 26-da Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov Maskdan Ukraynanı "Starlink" stansiya və peyk internetinə çıxışla təmin etməyi xahiş edib, ertəsi gün Mask "Starlink"in indi ölkədə fəaliyyət göstərdiyini bildirib. Ukraynada hərbi vəziyyət dövründə "Starlink" sisteminin abunəçi peyk terminallarından istifadəyə bütün kateqoriyalı istifadəçilər üçün icazə verilib. "Roskosmos" dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin öz "Telegram" kanalında Maska yazıb ki, o, Ukrayna qüvvələrini hərbi rabitə vasitələri ilə təchiz etdiyinə görə "yetkin insan kimi cavab verməli olacaq". Həmçinin Maskın bu yolla Ukrayna qoşunlarını təchiz etməkdə "əli olduğunu" bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.