Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynanın SU-25 təyyarəsi vurulub - Rusiya MN

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidRusiya MN rəsmi nümayəndəsi İqor Konaşenkov
Rusiya MN rəsmi nümayəndəsi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
Xüsusi əməliyyatın başlanmasından bu günə qədər Rusiya ordusu Ukraynada 163 təyyarə, 124 helikopter, 793 pilotsuz uçuş aparatı, 300 zenit-raket kompleksi və xeyli sayda xüsusi təyinatlı hərbi texnika məhv edib.
BAKI, 10 may — Sputnik. Mayın 9-da Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi Xarkov vilayətində hava döyüşü zamanı vurulub, həmçinin gecə ərzində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 16 ərazi də əməliyyat-taktiki və ordu aviasiyasının zərbələri nəticəsində vurulub. Bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, operativ-taktiki və ordu aviasiyası bir gecədə Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 16 ərazini vurub.
"Raket qoşunları və artilleriya bölmələri Nikolayev vilayətinin Nikolayev və Mirnı rayonlarında 33 komanda məntəqəsini, 407 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazini, həmçinin beş silah-sursat və yanacaq anbarını vurub", - deyə Konaşenkov bildirib.
O əlavə edib ki, zərbələr nəticəsində 380-ə qədər millətçi öldürülüb, 53 hərbi texnika sıradan çıxıb.
Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə saatlarında Ukraynanın üç pilotsuz təyyarəsini vurub və Xartsizsk üzərində "Toçka-U" raketini ələ keçirib:
"Rusiya hava hücumundan müdafiə sistemləri gecə saatlarında Mospino, "Donetsk Xalq Respublikası"nın Yunokommunarovsk və Odessa şəhərinin yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatını məhv edib. "Donetsk Xalq Respublikası"nın Xartsızsk qəsəbəsi üzərində Ukraynanın "Toçka-U" raketi və reaktiv yaylım atəşi "Smerç"in ələ keçirilib".
Konaşenkovun sözlərinə görə, daha iki "Smerç" reaktiv yaylım atəşi sistemi Malaya Kamışevaxa və İzyum rayonlarında vurulub.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 163 təyyarə, 124 helikopter, 793 pilotsuz uçuş aparatı, 300 zenit-raket kompleksi, 2979 tank və digər zirehli döyüş texnikası, 351 reaktiv yaylım atəşi sistemi, 1440 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2789 ədəd xüsusi təyinatlı hərbi texnika", - deyə o bildirib.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O qeyd edib ki, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0