https://sputnik.az/20220510/mayin-10-da-ukrayna-erazisi-ile-qaz-tranziti-sifarisi-958-mln-kubmetr-teskil-edib-441809951.html
Mayın 10-da Ukrayna ərazisi ilə qaz tranziti sifarişi 95,8 mln. kubmetr təşkil edib
Mayın 10-da Ukrayna ərazisi ilə qaz tranziti sifarişi 95,8 mln. kubmetr təşkil edib
Sputnik Azərbaycan
Şirkət bildirir ki, mart ayının ortalarında, yalnız bir neçə gün müəddətinə tranzit həcminin azalması müqavilənin pozulması demək deyil. 10.05.2022, Sputnik Azərbaycan
2022-05-10T20:53+0400
2022-05-10T20:53+0400
2022-05-10T20:53+0400
rusiya
qazprom
ukrayna
qaz
tədarük
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/19/437597183_0:75:3375:1973_1920x0_80_0_0_a239d1b55a6643def83cb1e2f9896650.jpg
BAKI, 10 may - Sputnik. Mayın 10-na olan məlumata görə, “Qazprom” istehlakçıların müraciətlərinə uyğun olaraq Ukrayna ərazisindən tranzit üçün müntəzəm olaraq 95,8 milyon kubmetr qaz tədarük edir. RİA Novosti xəbər verir ki, bunu şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.Onun sözlərinə görə, “Qazprom” mayın 10-da avropalı istehlakçıların təsdiq edilmiş müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisindən tranzit üçün Rusiya qazını müntəzəm rejimdə tədarük edir və onun həcmi 95,8 milyon kubmetrdir.Cari il üçün “Qazprom”un Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 milyard kubmetr və ya gündə təxminən 109,6 milyon kubmetr təşkil edir.Tranzit həcmlərinin azalması “doldur və ya ödə” prinsipini ortaya qoyan tranzit müqaviləsinin pozulmasına dəlalət etmir. Eyni zamanda, fevralın sonundan etibarən Ukraynada siyasi risklər və soyuq hava ilə əlaqədar Rusiya qazının tranziti bu səviyyədə qalıb. Mart ayının ortalarında, yalnız bir neçə gün tranzitin həcmi bir qədər azalıb.Aprel ayında Avropada havaların istiləşməsi ilə eyni vaxtda tranzit yenidən azalıb. Lakin bu, tranzit müqaviləsinin pozulmasına dəlalət etmir, burada “doldur və ya ödə” prinsipi var.Bazar günündən etibarən sifarişlərin həcmi 90 milyon kubmetrdən çox olub ki, bu da keçən həftədən təxminən 40% çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/19/437597183_321:0:3052:2048_1920x0_80_0_0_745f020812904aa1ebe714d719998648.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazprom, ukrayna, qaz, tədarük
qazprom, ukrayna, qaz, tədarük
Mayın 10-da Ukrayna ərazisi ilə qaz tranziti sifarişi 95,8 mln. kubmetr təşkil edib
Şirkət bildirir ki, mart ayının ortalarında, yalnız bir neçə gün müəddətinə tranzit həcminin azalması müqavilənin pozulması demək deyil.
BAKI, 10 may - Sputnik. Mayın 10-na olan məlumata görə, “Qazprom” istehlakçıların müraciətlərinə uyğun olaraq Ukrayna ərazisindən tranzit üçün müntəzəm olaraq 95,8 milyon kubmetr qaz tədarük edir. RİA Novosti xəbər verir ki, bunu şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.
Onun sözlərinə görə, “Qazprom” mayın 10-da avropalı istehlakçıların təsdiq edilmiş müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisindən tranzit üçün Rusiya qazını müntəzəm rejimdə tədarük edir və onun həcmi 95,8 milyon kubmetrdir.
Cari il üçün “Qazprom”un Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 milyard kubmetr və ya gündə təxminən 109,6 milyon kubmetr təşkil edir.
Tranzit həcmlərinin azalması “doldur və ya ödə” prinsipini ortaya qoyan tranzit müqaviləsinin pozulmasına dəlalət etmir. Eyni zamanda, fevralın sonundan etibarən Ukraynada siyasi risklər və soyuq hava ilə əlaqədar Rusiya qazının tranziti bu səviyyədə qalıb. Mart ayının ortalarında, yalnız bir neçə gün tranzitin həcmi bir qədər azalıb.
Aprel ayında Avropada havaların istiləşməsi ilə eyni vaxtda tranzit yenidən azalıb. Lakin bu, tranzit müqaviləsinin pozulmasına dəlalət etmir, burada “doldur və ya ödə” prinsipi var.
Bazar günündən etibarən sifarişlərin həcmi 90 milyon kubmetrdən çox olub ki, bu da keçən həftədən təxminən 40% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.