Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyaya Donbas problemini sülh yolu ilə həll etmək imkanı vermədilər - Putin

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Federasiyasının Prezidenti - Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Komandanı Vladimir Putin Moskvanın Qızıl Meydanda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümünə həsr olunmuş hərbi paradda
Rusiya Federasiyasının Prezidenti - Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Komandanı Vladimir Putin Moskvanın Qızıl Meydanda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümünə həsr olunmuş hərbi paradda - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, bütün planlar həyata keçirilir, Ukraynada xüsusi əməliyyat başa çatdırılacaq.
BAKI, 9 may - Sputnik. Rusiya Donbass problemini sülh yolu ilə həll edə bilərdi, lakin ona belə bir şans verilmədi. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Əgər bu problemi (Donbasla bağlı – red.) başqa, sülh yolu ilə həll etmək üçün heç olmasa bir şans olsaydı, biz, əlbəttə, bu şansdan istifadə edərdik, amma bizə bu şansı qoymadılar, sadəcə olaraq, imkan vermədilər", - o, Kremldə Rusiyanın "Sparta" batalyonunun komandiri Vladimir Coqanın atası Artem Coqa ilə görüşdə deyib.
Onun sözlərinə görə, Rusiyanın sadəcə olaraq başqa seçimi yox idi.
“Bütün planlar həyata keçirilir, nəticə əldə olunacaq. Buna heç bir şübhə yoxdur”, - deyə dövlət başçısı bildirib.
Görüş zamanı Putin martın 5-də Volnovaxada həlak olan Vladimir Coqanın atasına batalyon komandirinin ölümündən sonra aldığı Rusiya Qəhrəmanı Ulduzunu təhvil verib.
“Mən istəyirəm ki, bu Qəhrəman ulduzu sizin ailənizdə əbədi qalsın”, - Rusiya lideri mükafatı təqdim edərkən deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0