Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu 350-yə qədər ukraynalı millətçini məhv edib

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidRusiya MN nümayəndəsi İqor Konaşenkov
Rusiya MN nümayəndəsi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
Rusiya cari ilin fevralın 24-də “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” məqsədilə Ukraynada hərbi əməliyyata başlayıb.
BAKI, 9 may - Sputnik. Rusiya Federasiyasının raket qüvvələri və artilleriyası Ukraynaya məxsus S-300 hava hücumundan müdafiə sisteminin buraxılış qurğusunu və Smerç MLRS-nin dörd qurğusunu məhv edib. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov bazar ertəsi keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, həmçinin Rusiya ordusu tərəfindən Ukrayna qoşunlarının səkkiz komanda məntəqəsi, 26 artilleriya bölməsi və 211 canlı qüvvə toplaşması və texnikası vurulub.
"“Raket qoşunları və artilleriya bölmələri səkkiz komanda məntəqəsini, atəş mövqelərində 26 artilleriya bölməsini, habelə canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 211 ərazini vurub. Zərbələr nəticəsində 350-yə qədər millətçi məhv edilib, 56 hərbi texnika sıradan çıxıb. Həmçinin, Boqoduxov ərazisində Ukraynanın 4 ədəd “Smerç” reaktiv yaylım atəşi sistemləri qurğusu və S-300 zenit-raket kompleksinin bir buraxılış qurğusu məhv edilib”.
General bildirib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı dövründə artıq 160 Ukrayna hərbi təyyarəsi məhv edilib:
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 160 təyyarə, 118 helikopter, 783 pilotsuz uçuş aparatı, 299 zenit-raket kompleksi, 2949 tank və digər zirehli döyüş texnikası, 342 reaktiv yaylım atəşi sistemi, 1423 səhra artilleriyası və minaatan. o cümlədən 2769 ədəd xüsusi təyinatlı hərbi texnika”.
Konaşenkovin sözlərinə görə, Odessa vilayətinin Artsiz qəsəbəsi yaxınlığında Ukrayna helikopterlərinin havaya qalxma yerində "Bastion" sahil kompleksindən yüksək dəqiqlikli "Oniks" raketləri ilə məhv edilib.
MN rəsmisi bildirib ki, ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus iki MiQ-29 qırıcısını, bir Su-25 hücum təyyarəsini, iki Bayraktar-TB2 daxil olmaqla, Zmeyinı adası ərazisində üç pilotsuz aparatı, həmçinin Xarkov və Çerkassı vilayətlərində, habelə "DXR" və "LXR"-də 12 digər pilotsuz uçuş aparatını məıhv edib.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0