https://sputnik.az/20220509/putin-rusiyalilari-qelebe-gunu-munasibetile-tebrik-edib-441759823.html
Putin rusiyalıları Qələbə günü münasibətilə təbrik edib
Putin rusiyalıları Qələbə günü münasibətilə təbrik edib
Sputnik Azərbaycan
Rusiya lideri qeyd edib ki, Qərb indi satqınları tərifləyir, Qələbə qazananların cəsarətinin üstündən xətt çəkir. 09.05.2022, Sputnik Azərbaycan
2022-05-09T11:49+0400
2022-05-09T11:49+0400
2022-05-09T12:37+0400
rusiya
ikinci dünya müharibəsi
qələbə
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441760990_0:152:3370:2048_1920x0_80_0_0_f5bd17b06a070ea0e3fd37eeaeeb7f75.jpg
BAKI, 9 may - Sputnik. Rusiya prezidenti Vladimir Putin rusiyalıları Qələbə günü münasibətilə təbrik edib. Qızıl Meydandakı parad çıxış edən dövlət başçısı Böyük Vətən Müharibəsi qəhrəmanlarını yad edib, NATO-nun Ukraynadakı hərəkətlərini xatırladıb və Donbassda hərbi əməliyyatın səbəblərini açıqlayıb.“Hörmətli Rusiya vətəndaşları, əziz veteranlar, əsgər və matros yoldaşları, çavuşlar və komandirlər, miçmanlar və gizirlər, yoldaş zabitlər, generallar və admirallar, sizi Böyük Qələbə Günü münasibətilə təbrik edirəm. Vətənin taleyi həll olunarkən onun müdafiəsi həmişə müqəddəs olub”, - deyə o bildirib.Aralarında Ukraynada keçirilən əməliyyatın iştirakçılarının da olduğu hərbçilər qarşısında çıxış edən dövlətimizin başçısı ölkə tarixində digər əlamətdar döyüşlərin iştirakçılarını da xatırladıb.Prezidentin sözlərinə görə, beynəlxalq münasibətlərdəki bütün fikir ayrılıqlarına baxmayaraq, Moskva “həmişə bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarı olub” və Qərb ölkələrinə təhlükəsizlik zəmanətləri haqqında saziş təklif edib, lakin onun səsini eşidən olmayıb:“NATO ölkələri bizi eşitmək istəmədilər, bu o deməkdir ki, əslində onların tamamilə fərqli planları var idi və biz bunu gördük. Açıq desək, Donbasda növbəti cəza əməliyyatına, Krıma da daxil olmaqla tarixi torpaqlarımıza təcavüzə hazırlıq gedirdi”.Putin qeyd edib ki, Kiyevdə nüvə silahı əldə etmək mümkün olduğunu bəyan ediblər. Onun sözlərinə görə, Rusiya aqressiyaya qabaqlayıcı reaksiya verib. RF Prezidenti bunun məcburi, vaxtında və yeganə düzgün qərar olduğunu söyləyib:“Biz hərbi infrastrukturun necə inkişaf etdiyini, yüzlərlə xarici məsləhətçinin necə işləməyə başladığını, NATO ölkələrindən ən müasir silahların mütəmadi olaraq çatdırıldığını gördük. Təhlükə hər gün artırdı. Rusiya təcavüzə qabaqlayıcı cavab verdi - bu məcburi, vaxtında və yeganə düzgün qərar, suveren, güclü və müstəqil ölkənin qərarı idi", - deyə Rusiya lideri vurğulayıb.Putinin qeyd edib ki, Şimali Atlantika Alyansı “bizə (Rusiyaya - red.) bitişik ərazilərin aktiv hərbi mənimsənilməsinə başlayıb”."Beləliklə, sistematik olaraq bizim üçün tamamilə qəbuledilməz bir təhlükə yarandı, üstəlik, birbaşa sərhədlərimizdə. Bütün bunlar ABŞ və onların ümid etdiyi gənc tərəfdaşları - neonasistlər, banderamılarla toqquşmanın qaçılmaz olacağını göstərirdi," deyə Putin vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441760990_639:0:3370:2048_1920x0_80_0_0_ded3dc765f531172edd8ab32bf97ba59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ikinci dünya müharibəsi, qələbə, rusiya prezidenti vladimir putin
ikinci dünya müharibəsi, qələbə, rusiya prezidenti vladimir putin
Putin rusiyalıları Qələbə günü münasibətilə təbrik edib
11:49 09.05.2022 (Yenilənib: 12:37 09.05.2022) Rusiya lideri qeyd edib ki, Qərb indi satqınları tərifləyir, Qələbə qazananların cəsarətinin üstündən xətt çəkir.
BAKI, 9 may - Sputnik. Rusiya prezidenti Vladimir Putin rusiyalıları Qələbə günü münasibətilə təbrik edib. Qızıl Meydandakı parad çıxış edən dövlət başçısı Böyük Vətən Müharibəsi qəhrəmanlarını yad edib, NATO-nun Ukraynadakı hərəkətlərini xatırladıb və Donbassda hərbi əməliyyatın səbəblərini açıqlayıb.
“Hörmətli Rusiya vətəndaşları, əziz veteranlar, əsgər və matros yoldaşları, çavuşlar və komandirlər, miçmanlar və gizirlər, yoldaş zabitlər, generallar və admirallar, sizi Böyük Qələbə Günü münasibətilə təbrik edirəm. Vətənin taleyi həll olunarkən onun müdafiəsi həmişə müqəddəs olub”, - deyə o bildirib.
Aralarında Ukraynada keçirilən əməliyyatın iştirakçılarının da olduğu hərbçilər qarşısında çıxış edən dövlətimizin başçısı ölkə tarixində digər əlamətdar döyüşlərin iştirakçılarını da xatırladıb.
Prezidentin sözlərinə görə, beynəlxalq münasibətlərdəki bütün fikir ayrılıqlarına baxmayaraq, Moskva “həmişə bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarı olub” və Qərb ölkələrinə təhlükəsizlik zəmanətləri haqqında saziş təklif edib, lakin onun səsini eşidən olmayıb:
“NATO ölkələri bizi eşitmək istəmədilər, bu o deməkdir ki, əslində onların tamamilə fərqli planları var idi və biz bunu gördük. Açıq desək, Donbasda növbəti cəza əməliyyatına, Krıma da daxil olmaqla tarixi torpaqlarımıza təcavüzə hazırlıq gedirdi”.
Putin qeyd edib ki, Kiyevdə nüvə silahı əldə etmək mümkün olduğunu bəyan ediblər. Onun sözlərinə görə, Rusiya aqressiyaya qabaqlayıcı reaksiya verib. RF Prezidenti bunun məcburi, vaxtında və yeganə düzgün qərar olduğunu söyləyib:
“Biz hərbi infrastrukturun necə inkişaf etdiyini, yüzlərlə xarici məsləhətçinin necə işləməyə başladığını, NATO ölkələrindən ən müasir silahların mütəmadi olaraq çatdırıldığını gördük. Təhlükə hər gün artırdı. Rusiya təcavüzə qabaqlayıcı cavab verdi - bu məcburi, vaxtında və yeganə düzgün qərar, suveren, güclü və müstəqil ölkənin qərarı idi", - deyə Rusiya lideri vurğulayıb.
Putinin qeyd edib ki, Şimali Atlantika Alyansı “bizə (Rusiyaya - red.) bitişik ərazilərin aktiv hərbi mənimsənilməsinə başlayıb”.
"Beləliklə, sistematik olaraq bizim üçün tamamilə qəbuledilməz bir təhlükə yarandı, üstəlik, birbaşa sərhədlərimizdə. Bütün bunlar ABŞ və onların ümid etdiyi gənc tərəfdaşları - neonasistlər, banderamılarla toqquşmanın qaçılmaz olacağını göstərirdi," deyə Putin vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.