https://sputnik.az/20220508/qazpulunu-rublla-nece-odemeli-qazprom-avropali-musterilere-qaydani-izah-edib-441742513.html
Qazpulunu rublla necə ödəməli: “Qazprom” avropalı müştərilərə qaydanı izah edib
Qazpulunu rublla necə ödəməli: “Qazprom” avropalı müştərilərə qaydanı izah edib
Sputnik Azərbaycan
Korporasiya müştərilərini əmin edib ki, fərman pul köçürmələrinin şəffaflığına zəmanət verir və hesablamalarda üçüncü tərəfin hərəkətini istisna edir. 08.05.2022, Sputnik Azərbaycan
2022-05-08T11:16+0400
2022-05-08T11:16+0400
2022-05-08T11:29+0400
rusiya
qazprom
"qazprom"
rubl
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441557134_0:317:3079:2048_1920x0_80_0_0_8b5d7812c4fd0f4f7bd54821fd5b2295.jpg
BAKI, 8 may - Sputnik. “Qazprom” avropalı müştərilərinə məktub göndərərək, Rusiya Prezidenti Vladimir Putinin 4 may tarixli fərmanında qazın rublla ödənilməsinə dair ilkin sənəddə təsvir edilən proseduru aydınlaşdırdığını və sanksiyaları pozmadan qazın ödənişini davam etdirə biləcəklərini bildirib.Bu barədə “Bloomberg” müvafiq mənbəyə istinadla məlumat yayıb. Korporasiya əmin edib ki, fərman xarici müştərilərin pul köçürmələrinin şəffaflığına zəmanət verir və hesablamalarda üçüncü tərəfin hərəkətini istisna edir.Beləliklə, proses Rusiya Mərkəzi Bankının iştirakı olmadan edilə bilər. Martın 23-də Putin hesablamalarda dollar və avrodan istifadədən imtina etmək üçün Aİ ölkələrinə və Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən digər dövlətlərə təbii qaz tədarükü üçün ödənişin rubla köçürüldüyünü açıqlayıb. Sonra prezident müvafiq fərman imzalayıb və bildirib ki, əgər aprelin 1-dən dost olmayan ölkələr rublla ödəniş etməsələr, o zaman Rusiya bunu qaz müqavilələrinin yerinə yetirilməməsi hesab edəcək.Rusiya baş nazirinin müavini Aleksandr Novak bir müddət əvvəl bildirmişdi ki, Avropa İttifaqının yaxın 5-10 il ərzində Rusiya neft və qazını tamamilə əvəz edə biləyəcəyi ehtimalı azdır və sənayenin əsas oyunçuları bu fikirlə razıdır. O qeyd edib ki, hətta Avropanın Rusiya neftindən imtina etməsini müzakirə etmək belə bazar üçün mənfidir, o, buna dərhal reaksiya verir. Rusiya nefti və qazı olmasa, dünya ağır böhrana girəcək, qiymətlər gözlənilməz həddə olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441557134_0:0:2731:2048_1920x0_80_0_0_d18dba2f99921c197c63fa6fb326da29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazprom, "qazprom", rubl, rusiya prezidenti vladimir putin
qazprom, "qazprom", rubl, rusiya prezidenti vladimir putin
Qazpulunu rublla necə ödəməli: “Qazprom” avropalı müştərilərə qaydanı izah edib
11:16 08.05.2022 (Yenilənib: 11:29 08.05.2022) Korporasiya müştərilərini əmin edib ki, fərman pul köçürmələrinin şəffaflığına zəmanət verir və hesablamalarda üçüncü tərəfin hərəkətini istisna edir.
BAKI, 8 may - Sputnik. “Qazprom” avropalı müştərilərinə məktub göndərərək, Rusiya Prezidenti Vladimir Putinin 4 may tarixli fərmanında qazın rublla ödənilməsinə dair ilkin sənəddə təsvir edilən proseduru aydınlaşdırdığını və sanksiyaları pozmadan qazın ödənişini davam etdirə biləcəklərini bildirib.
Bu barədə “Bloomberg” müvafiq mənbəyə istinadla məlumat yayıb.
Korporasiya əmin edib ki, fərman xarici müştərilərin pul köçürmələrinin şəffaflığına zəmanət verir və hesablamalarda üçüncü tərəfin hərəkətini istisna edir.
Beləliklə, proses Rusiya Mərkəzi Bankının iştirakı olmadan edilə bilər.
Martın 23-də Putin hesablamalarda dollar və avrodan istifadədən imtina etmək üçün Aİ ölkələrinə və Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən digər dövlətlərə təbii qaz tədarükü üçün ödənişin rubla köçürüldüyünü açıqlayıb. Sonra prezident müvafiq fərman imzalayıb və bildirib ki, əgər aprelin 1-dən dost olmayan ölkələr rublla ödəniş etməsələr, o zaman Rusiya bunu qaz müqavilələrinin yerinə yetirilməməsi hesab edəcək.
Rusiya baş nazirinin müavini Aleksandr Novak bir müddət əvvəl bildirmişdi ki, Avropa İttifaqının yaxın 5-10 il ərzində Rusiya neft və qazını tamamilə əvəz edə biləyəcəyi ehtimalı azdır və sənayenin əsas oyunçuları bu fikirlə razıdır. O qeyd edib ki, hətta Avropanın Rusiya neftindən imtina etməsini müzakirə etmək belə bazar üçün mənfidir, o, buna dərhal reaksiya verir. Rusiya nefti və qazı olmasa, dünya ağır böhrana girəcək, qiymətlər gözlənilməz həddə olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.