https://sputnik.az/20220508/kazanda-rusiya--slam-dunyasi-strateji-baxis-qrupunun-xii-iclasi-kecirilecek-441742965.html
Kazanda “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun XII iclası keçiriləcək
Kazanda “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun XII iclası keçiriləcək
Sputnik Azərbaycan
İclasa dünyanın 30 ölkəsindən dövlət və ictimai xadimlər, dünya dinlərinin ruhani təsisatlarının liderləri, mədəni və elmi dairələrin, media ictimaiyyətinin... 08.05.2022, Sputnik Azərbaycan
2022-05-08T13:17+0400
2022-05-08T13:17+0400
2022-05-08T16:52+0400
rusiya
kazan
islam
tatarıstan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426597479_0:0:3007:1691_1920x0_80_0_0_125fc4c2792725f6b3ffbc54a58e8115.jpg
BAKI, 8 may - Sputnik. Mayın 20-də Tatarıstan Respublikasının paytaxtı Kazanda “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun XII iclası keçiriləcək.Strateji Baxış Qrupunun iclasının mövzusu “Etnomədəni müxtəlifliyin, millətlərarası və dinlərarası həmrəyliyin qorunub saxlanmasının Rusiya təcrübəsi ümumvətəndaş identikliyinin möhkəmləndirilməsinin rəhnidir” adlanır.Diskussiyalarda ümumvətəndaş identikliyinin formalaşdırılmasının spesifik xüsusiyyətlərinin müasir dövlətin milli quruculuğunun təməli kimi nəzərdən keçirilməsi, etnomədəni müxtəlifliyin qorunub saxlanması üzrə qazanılanların kontekstləşdirilməsi, eləcə də sivilizasiyaların dialoqunun qurulmasında yerli və xarici təcrübə nəzərə alınmaqla, qlobal inkişaf trendləri baxımından aktual qərarların və təkliflərin müzakirəsi planlaşdırılır.İştirakçı qismində iclasa dünyanın 30 ölkəsindən dövlət və ictimai xadimlər, dünya dinlərinin ruhani təsisatlarının liderləri, mədəni və elmi dairələrin, media ictimaiyyətinin nümayəndələri dəvət olunublar.Görüşlərdə Tatarıstan Respublikasının Prezidenti, “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanovun, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinin, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İbrahim Tahanın və digərlərinin çıxışları gözlənilir.Mayın 19-21-də “Rusiya – İslam dünyası: KazanSummit 2022” XII Beynəlxalq İqtisadi Sammit və Volqa Bulqariyası xalqları tərəfindən islam dininin rəsmən qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş tədbirlər də təşkil olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426597479_0:0:2729:2047_1920x0_80_0_0_85581d390e20695e50b8f7d78a76a768.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kazan, islam, tatarıstan
Kazanda “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun XII iclası keçiriləcək
13:17 08.05.2022 (Yenilənib: 16:52 08.05.2022) İclasa dünyanın 30 ölkəsindən dövlət və ictimai xadimlər, dünya dinlərinin ruhani təsisatlarının liderləri, mədəni və elmi dairələrin, media ictimaiyyətinin nümayəndələri dəvət olunublar.
BAKI, 8 may - Sputnik. Mayın 20-də Tatarıstan Respublikasının paytaxtı Kazanda “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun XII iclası keçiriləcək.
Strateji Baxış Qrupunun iclasının mövzusu “Etnomədəni müxtəlifliyin, millətlərarası və dinlərarası həmrəyliyin qorunub saxlanmasının Rusiya təcrübəsi ümumvətəndaş identikliyinin möhkəmləndirilməsinin rəhnidir” adlanır.
Diskussiyalarda ümumvətəndaş identikliyinin formalaşdırılmasının spesifik xüsusiyyətlərinin müasir dövlətin milli quruculuğunun təməli kimi nəzərdən keçirilməsi, etnomədəni müxtəlifliyin qorunub saxlanması üzrə qazanılanların kontekstləşdirilməsi, eləcə də sivilizasiyaların dialoqunun qurulmasında yerli və xarici təcrübə nəzərə alınmaqla, qlobal inkişaf trendləri baxımından aktual qərarların və təkliflərin müzakirəsi planlaşdırılır.
İştirakçı qismində iclasa dünyanın 30 ölkəsindən dövlət və ictimai xadimlər, dünya dinlərinin ruhani təsisatlarının liderləri, mədəni və elmi dairələrin, media ictimaiyyətinin nümayəndələri dəvət olunublar.
Görüşlərdə Tatarıstan Respublikasının Prezidenti, “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanovun, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinin, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İbrahim Tahanın və digərlərinin çıxışları gözlənilir.
Mayın 19-21-də “Rusiya – İslam dünyası: KazanSummit 2022” XII Beynəlxalq İqtisadi Sammit və Volqa Bulqariyası xalqları tərəfindən islam dininin rəsmən qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş tədbirlər də təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.