Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Avropa iqtisadi cəhətdən özünü məhv etməyə doğru gedir

© AFP 2024 / ANDREAS SOLAROBolqarıstan Prezidenti Rumen Radev
Bolqarıstan Prezidenti Rumen Radev - Sputnik Azərbaycan, 1920, 08.05.2022
Abunə olmaq
Bolqarıstan Prezidenti Rumen Radev Bolqarıstan parlamentini Ukraynaya hərbi-texniki yardımın göndərilməsi ilə bağlı son qərarına görə tənqid edib.
BAKI, 8 may - Sputnik. Ukrayna böhranının uzanması Avropanı ağır iqtisadi nəticələrə gətirib çıxaracaq.
Bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.
“Bu, Avropanın iqtisadi cəhətdən özünü məhv etməsi demək olacaq. Biz də bu istiqamətdə gedirik”, - dövlət başçısı bildirib.
Radev Bolqarıstan parlamentini Ukraynaya hərbi-texniki yardımın göndərilməsi ilə bağlı son qərarına görə tənqid edib. O, Bolqarıstanın münaqişəyə cəlb olunmasını təhlükəli addım adlandıraraq, bu cür dəstəyin risklərinə işarə edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Ukraynadakı xüsusi hərbi əməliyyatlar fonunda bir sıra dövlətlər, o cümlədən Avropa ölkələri Rusiyaya qarşı müxtəlif istiqamətdə sanksiyalar tətbiq ediblər. Rusiya da adekvat cavab verib. Odur ki, bu böhran tədricən Avropa iqtisadiyyatına neqativ təsir göstərməyə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0