https://sputnik.az/20220507/bas-nazir-postmuharibe-dovrunun-berpa-isleri-azerbaycana-guclu-movqe-qazandirir-441726706.html
Baş nazir: “Postmüharibə dövrünün bərpa işləri Azərbaycana güclü mövqe qazandırır"
Baş nazir: “Postmüharibə dövrünün bərpa işləri Azərbaycana güclü mövqe qazandırır"
Sputnik Azərbaycan
Azərbaycanın hökumət başçısı müharibədən sonrakı dövrdə aparılan bərpa-quruculuq işlərindən söz açıb. 07.05.2022, Sputnik Azərbaycan
2022-05-07T08:39+0400
2022-05-07T08:39+0400
2022-05-07T08:40+0400
qarabağ
əli əsədov
bərpa
füzuli beynəlxalq hava limanı
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/15/425523858_0:367:2989:2048_1920x0_80_0_0_1c5075a644fda82e378e57594ff1979b.jpg
BAKI, 7 may - Sputnik. Postmüharibə dövrünün genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, yeni geosiyasi reallıqları Azərbaycana regional nəqliyyat-logistika qovşağı kimi güclü mövqe qazandırır.“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yer alıb.“Eyni zamanda regionda kommunikasiya əlaqələrinin açılması bölgədəki bütün dövlətlərə fayda gətirəcək və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcək. Bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək bu dəhliz, eyni zamanda beynəlxalq yükdaşımaları baxımından da mühüm əhəmiyyət kəsb edir.Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan münaqişə səhifəsini çevirməyə, sərhədlərin delimitasiyasına və demarkasiyasına, sülh sazişi üzrə danışıqların başlanmasına hazırdır. Bu gün Azərbaycan öz vəsaiti hesabına, heç kimdən asılı olmayaraq işğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası üzrə təsdiq olunmuş baş planlar əsasında intensiv şəkildə həyata keçirdiyi layihələrdə "ağıllı idarəetmə", "yaşıl enerji" konsepsiyasını gerçəkləşdirir, yüksək texnologiyalar və müasir yanaşmalar nümayiş etdirir”, - Baş nazir vurğulayıb.Prezident İlham Əliyev azad edilmiş torpaqları addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir:“Fantastik sürətlə, cəmi 8 ay ərzində inşa edilmiş, "Qarabağın hava qapısı" - Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları, igid əsgər və zabitlərimizin Şuşaya adladıqları tarixi Zəfər yolu da daxil olmaqla, bugünədək inşa edilmiş 1 000 kilometrədək avtomobil yolları, mürəkkəb relyefli ərazilərdə yüksək sürət və texnologiyalarla inşa edilən tunellər, yol ötürücüləri bölgənin inkişafına əhəmiyyətli təkan verməklə yanaşı, müasir tələblərə uyğun hərbi, siyasi və strateji əhəmiyyətli yol-nəqliyyat infrastrukturun yaradılmasına xidmət edir”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/15/425523858_182:0:2913:2048_1920x0_80_0_0_1e6cb6db5f915c3c8b0a727c5d8d3fce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli əsədov, bərpa, füzuli beynəlxalq hava limanı
əli əsədov, bərpa, füzuli beynəlxalq hava limanı
Baş nazir: “Postmüharibə dövrünün bərpa işləri Azərbaycana güclü mövqe qazandırır"
08:39 07.05.2022 (Yenilənib: 08:40 07.05.2022) Azərbaycanın hökumət başçısı müharibədən sonrakı dövrdə aparılan bərpa-quruculuq işlərindən söz açıb.
BAKI, 7 may - Sputnik. Postmüharibə dövrünün genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, yeni geosiyasi reallıqları Azərbaycana regional nəqliyyat-logistika qovşağı kimi güclü mövqe qazandırır.
“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
“Eyni zamanda regionda kommunikasiya əlaqələrinin açılması bölgədəki bütün dövlətlərə fayda gətirəcək və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcək. Bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək bu dəhliz, eyni zamanda beynəlxalq yükdaşımaları baxımından da mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan münaqişə səhifəsini çevirməyə, sərhədlərin delimitasiyasına və demarkasiyasına, sülh sazişi üzrə danışıqların başlanmasına hazırdır. Bu gün Azərbaycan öz vəsaiti hesabına, heç kimdən asılı olmayaraq işğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası üzrə təsdiq olunmuş baş planlar əsasında intensiv şəkildə həyata keçirdiyi layihələrdə "ağıllı idarəetmə", "yaşıl enerji" konsepsiyasını gerçəkləşdirir, yüksək texnologiyalar və müasir yanaşmalar nümayiş etdirir”, - Baş nazir vurğulayıb.
Prezident İlham Əliyev azad edilmiş torpaqları addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir:
“Fantastik sürətlə, cəmi 8 ay ərzində inşa edilmiş, "Qarabağın hava qapısı" - Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları, igid əsgər və zabitlərimizin Şuşaya adladıqları tarixi Zəfər yolu da daxil olmaqla, bugünədək inşa edilmiş 1 000 kilometrədək avtomobil yolları, mürəkkəb relyefli ərazilərdə yüksək sürət və texnologiyalarla inşa edilən tunellər, yol ötürücüləri bölgənin inkişafına əhəmiyyətli təkan verməklə yanaşı, müasir tələblərə uyğun hərbi, siyasi və strateji əhəmiyyətli yol-nəqliyyat infrastrukturun yaradılmasına xidmət edir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.