Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu Ukraynada iri silah-sursat anbarını məhv edib

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 06.05.2022
Abunə olmaq
Nazirliyin nümayəndəsi bildirib ki, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 və bir MiQ-29 təyyarəsini vurulub.
BAKI, 6 may — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın Su-25 və MiQ-29 təyyarələrini Luqansk üzərində vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Preobrajennoe yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 və bir MiQ-29 təyyarəsini vurub, həmçinin dörd "Toçka-U" ballistik raketi havada vurulub", - deyə Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkovun sözlərinə görə, bundan əlavə, ötən gecə ərzində Xarkov və Xerson vilayətlərində və Donbass ərazisində Ukraynanın 13 pilotsuz uçuş aparatı məhv edilib.
"Rusiya raket qüvvələri Ukraynanın S-300 kompleksinin buraxılış qurğusunu məhv edib. Artilleriya bölmələri altı komanda məntəqəsini, üç döyüş sursatı anbarını, 187 istehkamı, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri, habelə Ukraynanın 26 artilleriya batareyasını vurub"- deyə Konaşenkov qeyd edib.
Konaşenkov vurğulayıb ki, zərbələr nəticəsində 280-ə qədər millətçi və Ukrayna Silahlı Qüvvələrinin 41 hərbi texnikası məhv edilib.
Rusiya hərbi aviasiyası Kramatorskdakı "Enerqomaşspetsstal" zavodunda iri silah-sursat anbarını məhv edib. Zavodun ərazisində yerləşən Ukrayna qoşunlar qrupunun böyük sursat anbarını məhv edib.
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin 151 təyyarəsini, 742 pilotsuz uçuş aparatını, 2854 tankını və zirehli texnikasını, həmçinin 329 reaktiv yaylım atəşini məhv edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0