Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Ölümsüz Alay" yürüşləri 88 ölkədə əyani formatda keçiriləcək

© Sputnik / Murad OrujovBakıda "Ölümsüz Alay" yürüşü, arxiv şəkli
Bakıda Ölümsüz Alay yürüşü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2022
Abunə olmaq
Böyük Vətən Müharibəsi iştirakçılarının və qurbanlarının xatirəsinə Rusiyada və digər ölkələrdə keçirilən ümumxalq aksiyası son iki ildə COVID-19 pandemiyası səbəbindən onlayn şəkildə keçirilib.
BAKI, 6 may — Sputnik. Faşizm üzərində Qələbənin 77-ci ildönümünün qeyd edilməsi çərçivəsində "Ölümsüz alay" aksiya dünyanın 88 ölkəsində əyani formatda keçirilir. Bu barədə XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev brifinqdə bildirib.
O, vurğulayıb ki, bu gün sovet xalqının nasizmə qarşı mübarizədə göstərdiyi şücaətin xatirəsini yaşatmaq həmişəkindən daha vacibdir.
Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, mümkün təxribatları nəzərə alaraq, təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirilir.
"Bir sıra dövlətlərin hakimiyyət orqanlarının Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini ehtiramla yad etmək istəyənlərə maneələr yaratmaq istəyini təəssüf hissi ilə qeyd edirik", - deyə Zaytsev vurğulayıb.
Moskva hakimiyyəti "Ölümsüz alay" yürüşlərin keçirilməsi qaydasını müəyyən edib.
Moskvada bir milyondan çox yürüş iştirakçılarının olacağı gözlənilir. Moskvalılar Leninqrad prospekti ilə, Tver və 1-ci Tver-Yam küçələri ilə Oxotnıy Ryad, Manejnaya və Qırmızı Meydandan keçəcəklər.
"Ölümsüz Alay" yürüşünün iştirakçılarının toplanması mayın 9-da saat 12:30-da "Dinamo" və "Belorusskaya" metro stansiyalarının çıxışında başlayacaq.
Yürüşdə iştirak etmək üçün Böyük Vətən Müharibəsi veteranı və ya Ukraynada xüsusi əməliyyatın iştirakçıları olan Vətən müdafiəçilərinin şəkillərini götürmək lazımdır.
Aksiyanın təşkilatçıları yürüş iştirakçılarına özləri ilə şəxsiyyəti təsdiq edən sənədin olmasını, rahat ayaqqabı geyinməyi və papaq götürməyi unutmamağı tövsiyə edirlər. Hava proqnozları mayın 9-da havanın soyuq keçəcəyini və zəif yağış yağacağını proqnozlaşdırırlar.
Təxminən 3.5 min könüllü tədbir iştirakçılarına kömək etməyə hazır olacaq.
"Ölməz Alay"ın ənənəvi onlayn yürüşləri "VKontakte" və "Odnoklassniki" sosial şəbəkələrində də keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0