https://sputnik.az/20220506/matviyenko-rusiya-istenilen-tecavuzkar-niyyete-cavab-verecek-441703125.html
Rusiya istənilən təcavüzkar niyyətə cavab verəcək - Matviyenko
Rusiya istənilən təcavüzkar niyyətə cavab verəcək - Matviyenko
Sputnik Azərbaycan
Biz bütün bəşəriyyəti faşizmdən və radikal millətçilikdən qoruyuruq. 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T12:19+0400
2022-05-06T12:19+0400
2022-05-06T12:37+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya federasiyası
valentina matviyenko
ukrayna
https://cdnn1.img.sputnik.az/img/42431/57/424315722_0:0:3000:1688_1920x0_80_0_0_26691a2b23e2af9f334533d07b35f78f.jpg
BAKI, 6 may — Sputnik. Heç kimin Rusiyaya qarşı aqressiv niyyəti nəticəsiz qalmayacaq. Bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib."Rusiya Silahlı Qüvvələri heç bir halda dünyanın ən yaxşı ordusundan geri qalmır və hətta üstünlüyə malikdir. Söhbət hərbçilərin peşəkar hazırlığından, silah və hərbi texnikanın keyfiyyətindən, onlardan istifadə bacarığından və döyüş ruhundan gedir. Heç kim bizi təəccübləndirə bilməz. Ölkəmizə qarşı təcavüzkar niyyətlərin nəticəsiz qalacağına heç kim ümid edə bilməz", - deyə spiker Federasiya Şurasının saytında qarşıdan gələn Qələbə Gününə həsr olunmuş bloqunda yazıb.Matviyenkonun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat buna inandırıcı sübutdur və bu əməliyyat zamanı Rusiya ordusu təkcə öz ölkəsini deyil, bütün bəşəriyyəti nasizm və radikal millətçilik təhlükəsindən xilas edir.Senator qeyd edib ki, Rusiya başqaları üzərində öz üstünlüyünü artırmır, ölkələrdən və xalqlardan düşmən obrazını formalaşdırmır: "Buna görə də bu gün Ukraynada Rusiya ordusunun əsgər və zabitləri mülki əhalinin ölümünün və iztirablarının qarşısını almaq üçün dağıntıları minimuma endirmək üçün hər şeyi edirlər. Gördüyümüz kimi, rus insanının ümümbəşəri ruhunun bütövlüyü, əziyyət çəkən hər kəsin ağrısına hay vermə bacarığı dahi yazıçı Fyodor Dostoyevskinin dediyi kimi, bu bacarıqlar heç bir yerə getməyiblər, onlar indi də bizimlədilər. Onlar Rusiya millətinin ən mədəni və mənəvi kodundadırlar"Spikerin sözlərinə görə, eyni zamanda kollektiv Qərb xeyirxahlıqdan, bütün insanlara və bəşəriyyətə olan sevgidən bəhs edən, öz müstəsnalığına inandıran dahi humanistlərinin irsindən faktiki olaraq imtina edib."Avropanın yeni humanistlər tapacağına yenə də ümid etmək qalır. Bunun üçün növbəti dünya müharibəsi tələb olunmayacaq", - deyə Matviyenko yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220414/matviyenko-neft-qaz-tedarukundeki-saxelendirme-ile-bagli-problem-yoxdur-441101594.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42431/57/424315722_244:0:2911:2000_1920x0_80_0_0_a66c07b2e92dcc92382b207b935b3444.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya federasiyası, valentina matviyenko, ukrayna
rusiya federasiyası, valentina matviyenko, ukrayna
Rusiya istənilən təcavüzkar niyyətə cavab verəcək - Matviyenko
12:19 06.05.2022 (Yenilənib: 12:37 06.05.2022) Biz bütün bəşəriyyəti faşizmdən və radikal millətçilikdən qoruyuruq.
BAKI, 6 may — Sputnik. Heç kimin Rusiyaya qarşı aqressiv niyyəti nəticəsiz qalmayacaq. Bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.
"Rusiya Silahlı Qüvvələri heç bir halda dünyanın ən yaxşı ordusundan geri qalmır və hətta üstünlüyə malikdir. Söhbət hərbçilərin peşəkar hazırlığından, silah və hərbi texnikanın keyfiyyətindən, onlardan istifadə bacarığından və döyüş ruhundan gedir. Heç kim bizi təəccübləndirə bilməz. Ölkəmizə qarşı təcavüzkar niyyətlərin nəticəsiz qalacağına heç kim ümid edə bilməz", - deyə spiker Federasiya Şurasının saytında qarşıdan gələn Qələbə Gününə həsr olunmuş bloqunda yazıb.
Matviyenkonun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat buna inandırıcı sübutdur və bu əməliyyat zamanı Rusiya ordusu təkcə öz ölkəsini deyil, bütün bəşəriyyəti nasizm və radikal millətçilik təhlükəsindən xilas edir.
Senator qeyd edib ki, Rusiya başqaları üzərində öz üstünlüyünü artırmır, ölkələrdən və xalqlardan düşmən obrazını formalaşdırmır: "Buna görə də bu gün Ukraynada Rusiya ordusunun əsgər və zabitləri mülki əhalinin ölümünün və iztirablarının qarşısını almaq üçün dağıntıları minimuma endirmək üçün hər şeyi edirlər. Gördüyümüz kimi, rus insanının ümümbəşəri ruhunun bütövlüyü, əziyyət çəkən hər kəsin ağrısına hay vermə bacarığı dahi yazıçı Fyodor Dostoyevskinin dediyi kimi, bu bacarıqlar heç bir yerə getməyiblər, onlar indi də bizimlədilər. Onlar Rusiya millətinin ən mədəni və mənəvi kodundadırlar"
Spikerin sözlərinə görə, eyni zamanda kollektiv Qərb xeyirxahlıqdan, bütün insanlara və bəşəriyyətə olan sevgidən bəhs edən, öz müstəsnalığına inandıran dahi humanistlərinin irsindən faktiki olaraq imtina edib.
"Avropanın yeni humanistlər tapacağına yenə də ümid etmək qalır. Bunun üçün növbəti dünya müharibəsi tələb olunmayacaq", - deyə Matviyenko yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.