Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov Qərbin Rusiyaya qarşı planlarını açıqladı

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiyanın XİN rəhbəri Sergey Lavrov
Rusiyanın XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 06.05.2022
Abunə olmaq
XİN rəhbəri bildirib ki, Qərb nasizmi hər cür ağartmağa, müasir Avropada nasist təzahürlərini təşviq etməyə çalışır.
BAKI, 6 may — Sputnik. Qərb Rusiyaya və ruslara qarşı təbliğat müharibəsi başlamağa çalışır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qələbə Günü münasibətilə xatirə lövhələri önünə gül qoyma mərasimi zamanı deyib.
"Təbii ki, biz tarixin dərslərini həmişə xatırlamalıyıq. Üstəlik, tariximizin bu şanlı səhifələrini indi Qərb bizdən qoparmağa, bütün görülən işlərin üstündən xətt çəkməyə çalışır. Sadəcə nasizm üzərində qalib gələnləri cinayətkarlarla eyniləşdirməyə çalışmırlar, həm də bizi bu müharibənin əsas günahkarına çevirməyə və nasizmi hər cür ağartmağa, müasir Avropada nasist təzahürlərini təşviq etməyə çalışırlar", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiyaya və ruslara qarşı təbliğat müharibəsi başlanıb ki, bu da irqçilik və ayrı-seçkiliyin təzahürüdür, bu indi absurd həddə çatdırılır.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0