Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin obyektiv informasiyaya tələbat olduğunu bildirib

© Sputnik / Евгений Биятов / Mediabanka keçidPutin
Putin  - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Maksim Dreval bildirib ki, "Bilik" cəmiyyəti çərçivəsində bir çox cəhətdən Vikipediyaya alternativ olan məlumatlar bazası formalaşdırılır.
BAKI, 5 may — Sputnik. Obyektiv, vacib və dərin məlumatlara böyük tələbat var. Sadəcə Vikipediyadan istifadə etmək mümkün deyil. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Bilik" cəmiyyətinin baş direktoru Maksim Drevalla görüşü zamanı deyib.
"Əlbəttə ki, obyektiv, vacib, dərin mənalı, hətta gözəl, istedadlı təqdim olunan məlumatlara böyük tələbat var, çünki tək Vikipediyadan istifadə etmək mümkün deyil" – deyə Rusiya prezidenti bildirib.
Maksim Dreval bu fikirlərə "tamamilə razıyam" deyə münasibət bildirib.
"Biz özümüz də bu məlumatların keyfiyyətini bilirik. İstedadlı, fikrinə etibar etdiyimiz peşəkar insanlar meydana çıxanda, bu, əlbəttə ki, çox dəyərlidir. Bu, canlı ensiklopediya kimidir", - deyə Putin əlavə edib.
Dreval bildirib ki, "Bilik" cəmiyyəti çərçivəsində bir çox cəhətdən Vikipediyaya alternativ olan məlumatlar bazası formalaşdırılır.
"Yalnız etibarlı məlumatlar və çox nüfuzlu insanlarla", - Dreval deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Заседание коллегии Генпрокуратуры РФ - Sputnik Azərbaycan, 1920, 03.05.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin: "Rusiya Ukrayna ilə dialoqa açıqdır"
Xəbər lenti
0