Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

“Küləyə qalib gəl” - Bakı marafonu nə vaxt keçiriləcək

© TRENDBakı Marafonu, arxiv şəkli
Bakı Marafonu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək.
BAKI, 5 may — Sputnik. Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də "Bakı Marafonu - 2022" keçiriləcək. "Küləyə qalib gəl" şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək.
Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək.
Yarışda iştirak üçün qeydiyyat mayın 10-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki ("28 Mall", "Gənclik Mall", "Dəniz Mall") qeydiyyat məntəqələrinə və ya "Bakı Marafonu - 2022"nin saytına - www.marathon.az müraciət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0