https://sputnik.az/20220504/vahid-elekberov-1-ci-dereceli-vetene-xidmete-gore-ordeni-ile-teltif-edilib-441660747.html
Vahid Ələkbərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Vahid Ələkbərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Sputnik Azərbaycan
1993-cü ildən “Lukoyl”a rəhbərlik edən Ələkbərov 31 mart 2022-ci il tarixinə “Lukoyl”un səhmlərinin 3,12%-nə sərəncam vermək hüququna sahib olub. 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T22:31+0400
2022-05-04T22:31+0400
2022-05-05T10:07+0400
rusiya
vahid ələkbərov
orden
təltif
https://cdnn1.img.sputnik.az/img/42241/13/422411309_0:0:2939:1654_1920x0_80_0_0_5504f83022f88d076d524387f26a5798.jpg
BAKI, 4 may - Sputnik. Rusiya Prezidenti Vladimir Putin “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. RİA Novosti xəbər verir ki, bu barədə müvafiq sərəncam hüquqi informasiyanın rəsmi portalında dərc olunub.“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında... Ələkbərov Vaqit Yusufoviçin I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ”, - deyə sənəddə bildirilir.Mükafat Ələkbərova dövlət qarşısında xidmətlərinə, yanacaq-energetika kompleksinin inkişafına böyük töhfəyə və uzun illər vicdanlı əməyə görə verilib.Vaqit Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 1990-1991-ci illərdə SSRİ neft və qaz sənayesi nazirinin müavini, birinci müavini vəzifələrində çalışıb.Aprelin 21-də V.Ələkbərov “Lukoyl”da direktorlar şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, həmçinin şirkətin prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək qərarına gəldiyini bildirib. V.Ələkbərov 1993-cü ildən, şirkət yaranandan ona rəhbərlik edib.31 mart 2022-ci il tarixinə V.Ələkbərov “Lukoyl”un səhmlərinin 3,12%-nə sərəncam vermək hüququna sahib olub. Bundan əlavə o şirkətin səsvermə hüququna malik olmadığı 5,43% səhmlərində də faydalı iqtisadi marağa malik olub. Bununla belə, 2021-ci ilin payızında “Lukoyl”un avrobondlarının prospektində V.Ələkbərovun şirkətdəki payının 28,33% olduğu qeyd edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42241/13/422411309_65:0:2796:2048_1920x0_80_0_0_93ac01f9ea52be2c69b2a81580d2e558.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vahid ələkbərov, orden, təltif
vahid ələkbərov, orden, təltif
Vahid Ələkbərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
22:31 04.05.2022 (Yenilənib: 10:07 05.05.2022) 1993-cü ildən “Lukoyl”a rəhbərlik edən Ələkbərov 31 mart 2022-ci il tarixinə “Lukoyl”un səhmlərinin 3,12%-nə sərəncam vermək hüququna sahib olub.
BAKI, 4 may - Sputnik. Rusiya Prezidenti Vladimir Putin “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. RİA Novosti xəbər verir ki, bu barədə müvafiq sərəncam hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında... Ələkbərov Vaqit Yusufoviçin I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ”, - deyə sənəddə bildirilir.
Mükafat Ələkbərova dövlət qarşısında xidmətlərinə, yanacaq-energetika kompleksinin inkişafına böyük töhfəyə və uzun illər vicdanlı əməyə görə verilib.
Vaqit Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 1990-1991-ci illərdə SSRİ neft və qaz sənayesi nazirinin müavini, birinci müavini vəzifələrində çalışıb.
Aprelin 21-də V.Ələkbərov “Lukoyl”da direktorlar şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, həmçinin şirkətin prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək qərarına gəldiyini bildirib. V.Ələkbərov 1993-cü ildən, şirkət yaranandan ona rəhbərlik edib.
31 mart 2022-ci il tarixinə V.Ələkbərov “Lukoyl”un səhmlərinin 3,12%-nə sərəncam vermək hüququna sahib olub. Bundan əlavə o şirkətin səsvermə hüququna malik olmadığı 5,43% səhmlərində də faydalı iqtisadi marağa malik olub. Bununla belə, 2021-ci ilin payızında “Lukoyl”un avrobondlarının prospektində V.Ələkbərovun şirkətdəki payının 28,33% olduğu qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.