https://sputnik.az/20220504/rusiya-ordusu-mayin-5-7-de-azovstaldan-texliye-ucun-humanitar-dehliz-acacaq-441662311.html
Rusiya ordusu mayın 5-7-də "Azovstal"dan təxliyə üçün humanitar dəhliz açacaq
Rusiya ordusu mayın 5-7-də "Azovstal"dan təxliyə üçün humanitar dəhliz açacaq
Sputnik Azərbaycan
Rusiya Prezidenti fevralın 24-də Ukraynada başlamış xüsusi hərbi əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz... 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T23:16+0400
2022-05-04T23:16+0400
2022-05-04T23:16+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
mariupol
təxliyə
humanitar
dəhliz
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/18/440436577_0:0:3072:1728_1920x0_80_0_0_0ce951da8f4cf45b61d2680283ebbf88.jpg
BAKI, 4 may - Sputnik. Mayın 5-dən 7-dək Rusiya Silahlı Qüvvələri Mariupoldakı “Azovstal” zavodundan dinc sakinlərin təxliyyəsi üçün saqqız dəhlizi açacaq. Bu barədə RİA Novosti Rusiyanın humanitar cavab tədbirləri üzrə idarələrarası koordinasiya qərargahına istinadən xəbər verir.“Rusiya Federasiyası rəhbərliyinin humanist prinsiplərə əsaslanan qərarına uyğun olaraq, RF Silahlı Qüvvələri 2022-ci il mayın 5, 6 və 7-də saat 08:00-dan 18:00-dək Kiyev hakimiyyəti tərəfindən "Azovstal" metallurgiya zavodu ərazisindəki yeraltı qurğularda mövcudluğu bildirilən mülki şəxslərin (bir işçi heyəti, qadın və uşaq) təxliyəsi üçün humanitar dəhliz açır", - deyə bəyanatında bildirilir.Qərargahdan onu da qeyd ediblər ki, göstərilən müddət ərzində Rusiya qoşunları və "DXR" birləşmələri “birtərəfli qaydada istənilən hərbi əməliyyatları dayandırır, bölmələr təhlükəsiz məsafəyə çıxarılır”.Onlar dinc əhalinin istədikləri istiqamətdə, istər Rusiya Federasiyası ərazisinə, istərsə də Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərə çıxarılmasını təmin edəcəklər.Bir neçə gün əvvəl sükut rejimi sayəsində bir neçə yüz dinc sakin "Azovstal" ərazisindən və yaxınlıqdakı məhəllələrdən geri çıxa bilib. Mariupoldakı "Azovstal" metallurgiya zavodunun ərazisindən 101 nəfər Bezımennoyeyə təxliyə edlilib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/18/440436577_341:0:3072:2048_1920x0_80_0_0_f289463996d077be09e2eeb3d65ecd07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariupol, təxliyə, humanitar, dəhliz, rusiya, ukrayna
mariupol, təxliyə, humanitar, dəhliz, rusiya, ukrayna
Rusiya ordusu mayın 5-7-də "Azovstal"dan təxliyə üçün humanitar dəhliz açacaq
Rusiya Prezidenti fevralın 24-də Ukraynada başlamış xüsusi hərbi əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
BAKI, 4 may - Sputnik. Mayın 5-dən 7-dək Rusiya Silahlı Qüvvələri Mariupoldakı “Azovstal” zavodundan dinc sakinlərin təxliyyəsi üçün saqqız dəhlizi açacaq. Bu barədə RİA Novosti Rusiyanın humanitar cavab tədbirləri üzrə idarələrarası koordinasiya qərargahına istinadən xəbər verir.
“Rusiya Federasiyası rəhbərliyinin humanist prinsiplərə əsaslanan qərarına uyğun olaraq, RF Silahlı Qüvvələri 2022-ci il mayın 5, 6 və 7-də saat 08:00-dan 18:00-dək Kiyev hakimiyyəti tərəfindən "Azovstal" metallurgiya zavodu ərazisindəki yeraltı qurğularda mövcudluğu bildirilən mülki şəxslərin (bir işçi heyəti, qadın və uşaq) təxliyəsi üçün humanitar dəhliz açır", - deyə bəyanatında bildirilir.
Qərargahdan onu da qeyd ediblər ki, göstərilən müddət ərzində Rusiya qoşunları və "DXR" birləşmələri “birtərəfli qaydada istənilən hərbi əməliyyatları dayandırır, bölmələr təhlükəsiz məsafəyə çıxarılır”.
Onlar dinc əhalinin istədikləri istiqamətdə, istər Rusiya Federasiyası ərazisinə, istərsə də Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərə çıxarılmasını təmin edəcəklər.
Bir neçə gün əvvəl sükut rejimi sayəsində bir neçə yüz dinc sakin "Azovstal" ərazisindən və yaxınlıqdakı məhəllələrdən geri çıxa bilib. Mariupoldakı "Azovstal" metallurgiya zavodunun ərazisindən 101 nəfər Bezımennoyeyə təxliyə edlilib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.