https://sputnik.az/20220504/qerb-kv-ne-rusiya-resmilerinden-musahibe-almaq-qadagan-edilib-441628907.html
Qərb KİV-nə Rusiya rəsmilərindən müsahibə almaq qadağan edilib
Qərb KİV-nə Rusiya rəsmilərindən müsahibə almaq qadağan edilib
Sputnik Azərbaycan
Rusiya XİN-in sözçüsü bildirib ki, Qərb mediasında Rusiya rəsmilərindən müsahibə almaq qadağası müşahidə olunur. 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T11:06+0400
2022-05-04T11:06+0400
2022-05-04T11:06+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya xin
qərb
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427734673_0:0:3072:1728_1920x0_80_0_0_57ff03bc795e6561f1245da996545ce4.jpg
BAKI, 4 may — Sputnik. Qərbin kütləvi informasiya vasitələrinə Rusiya hakimiyyətinin nümayəndələrindən müsahibə götürmək qadağan edilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib."Qərb mediası müsahibə üçün sorğular göndərdikdə və biz onları logistika baxımından hazırlamağa başlayırıq - vaxtı, formatı və s. Ancaq birdən jurnalistlər bizə məlumat verirlər ki, Rusiya tərəfindən müsahibə almaq onlara qadağandır", - deyə diplomat bildirib.Zaxarova qeyd edib ki, bu cür hadisələr alman və ispan jurnalistlərin tələbi vaxtı qeydə alınıb."Biz ən böyük İspaniya agentliklərindən birinin müsahibə suallarına cavab hazırladıq, ancaq onlar qorxdular və fikirlərindən daşındılar. Bu cür tendensiya yeni reallığa çevrilib. Biz mütəmadi olaraq eyni münasibətin elementlərini görürdük, məhz o zaman düzəlişlər etdilər - texniki parametrlərə əsaslanaraq hissələri kəsdilər, yayımlamadılar", - deyə Zaxarova fikirlərini tamamlayıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220428/zaxarova-qerb-olkelerine-xeberdarliq-etdi-441516278.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427734673_273:0:3004:2048_1920x0_80_0_0_734dde27365292dda1635b5a74fa8485.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, qərb, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya xin, qərb, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Qərb KİV-nə Rusiya rəsmilərindən müsahibə almaq qadağan edilib
Rusiya XİN-in sözçüsü bildirib ki, Qərb mediasında Rusiya rəsmilərindən müsahibə almaq qadağası müşahidə olunur.
BAKI, 4 may — Sputnik. Qərbin kütləvi informasiya vasitələrinə Rusiya hakimiyyətinin nümayəndələrindən müsahibə götürmək qadağan edilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.
"Qərb mediası müsahibə üçün sorğular göndərdikdə və biz onları logistika baxımından hazırlamağa başlayırıq - vaxtı, formatı və s. Ancaq birdən jurnalistlər bizə məlumat verirlər ki, Rusiya tərəfindən müsahibə almaq onlara qadağandır", - deyə diplomat bildirib.
Zaxarova qeyd edib ki, bu cür hadisələr alman və ispan jurnalistlərin tələbi vaxtı qeydə alınıb.
"Biz ən böyük İspaniya agentliklərindən birinin müsahibə suallarına cavab hazırladıq, ancaq onlar qorxdular və fikirlərindən daşındılar. Bu cür tendensiya yeni reallığa çevrilib. Biz mütəmadi olaraq eyni münasibətin elementlərini görürdük, məhz o zaman düzəlişlər etdilər - texniki parametrlərə əsaslanaraq hissələri kəsdilər, yayımlamadılar", - deyə Zaxarova fikirlərini tamamlayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.