https://sputnik.az/20220504/kiyev-krimin-rusiyaya-qayitmasini-qebul-etmelidir---zaxarova-441658666.html
Kiyev Krımın Rusiyaya qaytarılmasını qəbul etməlidir - Zaxarova
Kiyev Krımın Rusiyaya qaytarılmasını qəbul etməlidir - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Prezidenti fevralın 24-də Ukraynada başlamış xüsusi hərbi əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz... 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T21:43+0400
2022-05-04T21:43+0400
2022-05-04T21:44+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
mariya zaxarova
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_0:0:3072:1728_1920x0_80_0_0_9dec39300782ceab2b25eb6c376aa4e7.jpg
BAKI, 4 may - Sputnik. Krımın Rusiyaya qaytarılması, "DXR" və "LXR"-in müstəqilliyi artıq mövcud ərazi reallıqlarıdır, Kiyev və digər dövlətlər də bunu qəbul etməlidirlər. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.“Bu reallıqlar 2014-cü ildə neonasist çevrilişi nəticəsində hakimiyyətə gələn Kiyev hakimiyyətinin özlərinin siyasəti nəticəsində yaranıb. Krım Rusiyaya qayıdıb, "DXR" və "LXR" müstəqil dövlətlərə çevrilib. Xalqların qanuni və şüurlu şəkildə seçiminə və xalqların BMT Nizamnaməsində təsbit olunmuş öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşmaq lazımdır”, - deyə Zaxarova İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_341:0:3072:2048_1920x0_80_0_0_b3361eef9f8a7d827c3f5b1337429824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, ukrayna
Kiyev Krımın Rusiyaya qaytarılmasını qəbul etməlidir - Zaxarova
21:43 04.05.2022 (Yenilənib: 21:44 04.05.2022) Rusiya Prezidenti fevralın 24-də Ukraynada başlamış xüsusi hərbi əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
BAKI, 4 may - Sputnik. Krımın Rusiyaya qaytarılması, "DXR" və "LXR"-in müstəqilliyi artıq mövcud ərazi reallıqlarıdır, Kiyev və digər dövlətlər də bunu qəbul etməlidirlər. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu reallıqlar 2014-cü ildə neonasist çevrilişi nəticəsində hakimiyyətə gələn Kiyev hakimiyyətinin özlərinin siyasəti nəticəsində yaranıb. Krım Rusiyaya qayıdıb, "DXR" və "LXR" müstəqil dövlətlərə çevrilib. Xalqların qanuni və şüurlu şəkildə seçiminə və xalqların BMT Nizamnaməsində təsbit olunmuş öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşmaq lazımdır”, - deyə Zaxarova İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.