https://sputnik.az/20220503/ukraynanin-dagilmasi-2014-cu-ilden-baslayib---volodin-441614255.html
Ukraynanın dağılması 2014-cü ildən başlayıb - Volodin
Ukraynanın dağılması 2014-cü ildən başlayıb - Volodin
Sputnik Azərbaycan
Rusiya Dövlət Dumasının spikeri bildirib ki, Ukraynanın qərbində yaşayan 5 milyondan çox insan digər ölkələrin vətəndaşlığını qəbul edib. 03.05.2022, Sputnik Azərbaycan
2022-05-03T10:57+0400
2022-05-03T10:57+0400
2022-05-03T10:57+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
vyaçeslav volodin
dövlət duması
https://cdnn1.img.sputnik.az/img/41592/06/415920620_0:0:2987:1680_1920x0_80_0_0_81f014466cdd62ce5ae8440662846d53.jpg
BAKI, 3 may - Sputnik. "Ukraynanın dağılması prosesi 2014-cü ildəki çevrilişdən sonra Krımın onun tərkibindən ayrılnası ilə başlayıb". Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukraynanın dağılmasının mümkün olub-olmaması sualını cavablandırarkən deyib.Parlamentari qeyd edib ki, "DXR" və "LXR" də müstəqilliklərini elan edərək Ukraynadan ayrılıblar. Onun sözlərinə görə, bu gün Ukraynanın qərbində yaşayan bir çox insan Polşa və Macarıstan vətəndaşlığını qəbul edib:"Son vaxtlar 5 milyondan çox insan ölkəni tərk edib. Bu da sabitliyi artırmır"."Biz Xerson və digər bölgələrdən də Ukraynanın bir hissəsi olmaq istəmədikləri barədə bəyanatlar eşidirik. Reallıq belədir", - deyə Volodin vurğulayıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu genişləndirir, lakin Ukraynanın işğalından söhbət getmir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41592/06/415920620_0:0:2731:2048_1920x0_80_0_0_b0da06c678de6d13984b5b28db8a6ab7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vyaçeslav volodin, dövlət duması
vyaçeslav volodin, dövlət duması
Ukraynanın dağılması 2014-cü ildən başlayıb - Volodin
Rusiya Dövlət Dumasının spikeri bildirib ki, Ukraynanın qərbində yaşayan 5 milyondan çox insan digər ölkələrin vətəndaşlığını qəbul edib.
BAKI, 3 may - Sputnik. "Ukraynanın dağılması prosesi 2014-cü ildəki çevrilişdən sonra Krımın onun tərkibindən ayrılnası ilə başlayıb". Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukraynanın dağılmasının mümkün olub-olmaması sualını cavablandırarkən deyib.
Parlamentari qeyd edib ki, "DXR" və "LXR" də müstəqilliklərini elan edərək Ukraynadan ayrılıblar. Onun sözlərinə görə, bu gün Ukraynanın qərbində yaşayan bir çox insan Polşa və Macarıstan vətəndaşlığını qəbul edib:
"Son vaxtlar 5 milyondan çox insan ölkəni tərk edib. Bu da sabitliyi artırmır".
"Biz Xerson və digər bölgələrdən də Ukraynanın bir hissəsi olmaq istəmədikləri barədə bəyanatlar eşidirik. Reallıq belədir", - deyə Volodin vurğulayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu genişləndirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.