https://sputnik.az/20220503/rusiya-azovstaldaki-ates-movqelerini-mehv-etmeye-baslayib-441617961.html
Rusiya "Azovstalda"kı atəş mövqelərini məhv etməyə başlayıb
Rusiya "Azovstalda"kı atəş mövqelərini məhv etməyə başlayıb
Sputnik Azərbaycan
Vladimir Putin fevralın 24-də Ukraynada başlamış xüsusi əməliyyatın məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış... 03.05.2022, Sputnik Azərbaycan
2022-05-03T17:34+0400
2022-05-03T17:34+0400
2022-05-03T17:45+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
əməliyyat
"azov"
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441062311_0:0:3519:1979_1920x0_80_0_0_833955fae135de2b472d27f9cd63cd7d.jpg
BAKI, 3 may - Sputnik. “Azov” millətçi batalyonunun silahlıları* və Ukrayna qoşunları atəş mövqelərinə çatmaq üçün “Azovstal”da elan olunmuş sükut rejimindən istifadə ediblər, indi onlara qarşı atəş açılır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Vadim Astafyev deyib."Onlar zirzəmilərdən çıxıb, zavodun ərazisində və binalarında atəş mövqelərini tutublar. İndi Rusiya ordusu və "DXR"-in bölmələri artilleriya və aviasiyadan istifadə edərək bu atəş mövqelərini məhv etməyə başlayır", - deyə o bildirib.RİA Novosti-nin hadisə yerindən müxbirinin verdiyi məlumata görə, “Azovstal”da artilleriya atəşi aparılır, zavodun ərazisindən yuxarıya yönəlmiş tüstü sütunları görünür.Sükut rejimi sayəsində bir qədər əvvəl bir neçə yüz dinc sakini metallurgiya zavodunun ərazisindən və yaxınlıqdakı məhəllələrdən çıxarmaq mümkün olub. Lakin bundan sonra Ukrayna tərəfi yenidən atəşə başlayıb.Fevralın 24-də Rusiya Ukraynanın denasifikasiyası və demilitarizasiyası üçün xüsusi əməliyyata başlayıb. Vladimir Putin vurğulayıb ki, əməliyyatın məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanların qorunmasıdır”.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF hərbçiləri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir, mülki əhaliyə qarşı heç bir təhlükə yoxdur. Nazirlik əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.* Rusiyada "Azov döyüşçülərinə" qarşı cinayət işi açılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441062311_203:0:2934:2048_1920x0_80_0_0_6b3ec8e9913bec03cd46c1eeb601cb1a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, əməliyyat, "azov"
rusiya, ukrayna, əməliyyat, "azov"
Rusiya "Azovstalda"kı atəş mövqelərini məhv etməyə başlayıb
17:34 03.05.2022 (Yenilənib: 17:45 03.05.2022) Vladimir Putin fevralın 24-də Ukraynada başlamış xüsusi əməliyyatın məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanların qorunması” olduğunu deyib.
BAKI, 3 may - Sputnik. “Azov” millətçi batalyonunun silahlıları* və Ukrayna qoşunları atəş mövqelərinə çatmaq üçün “Azovstal”da elan olunmuş sükut rejimindən istifadə ediblər, indi onlara qarşı atəş açılır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Vadim Astafyev deyib.
"Onlar zirzəmilərdən çıxıb, zavodun ərazisində və binalarında atəş mövqelərini tutublar. İndi Rusiya ordusu və "DXR"-in bölmələri artilleriya və aviasiyadan istifadə edərək bu atəş mövqelərini məhv etməyə başlayır", - deyə o bildirib.
RİA Novosti-nin hadisə yerindən müxbirinin verdiyi məlumata görə, “Azovstal”da artilleriya atəşi aparılır, zavodun ərazisindən yuxarıya yönəlmiş tüstü sütunları görünür.
Sükut rejimi sayəsində bir qədər əvvəl bir neçə yüz dinc sakini metallurgiya zavodunun ərazisindən və yaxınlıqdakı məhəllələrdən çıxarmaq mümkün olub. Lakin bundan sonra Ukrayna tərəfi yenidən atəşə başlayıb.
Fevralın 24-də Rusiya Ukraynanın denasifikasiyası və demilitarizasiyası üçün xüsusi əməliyyata başlayıb. Vladimir Putin vurğulayıb ki, əməliyyatın məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanların qorunmasıdır”.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF hərbçiləri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir, mülki əhaliyə qarşı heç bir təhlükə yoxdur. Nazirlik əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
* Rusiyada "Azov döyüşçülərinə" qarşı cinayət işi açılıb.