Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin dost olmayan ölkələrə qarşı iqtisadi tədbirlər haqqında fərman imzalayıb

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Abunə olmaq
Bu ilin mart ayında RF hökuməti tərəfindən dost olmayan ölkələrin siyahısı təsdiqlənib.
BAKI, 3 may - Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəzi xarici dövlətlərin qeyri-dost hərəkətlərinə qarşı cavab iqtisadi tədbirləri haqqında fərman imzalayıb. Bu barədə RİA Novosti xəbər yayıb. Qeyd olunur ki, müvafiq sənəd Rusiyanın hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Fərman Rusiyanın cavab sanksiyaları tətbiq olunmuş əcnəbi fiziki və hüquqi şəxslərlə əməliyyatlar aparmağı və onlar qarşısında öhdəlikləri yerinə yetirməyi, habelə həmin şəxslərin xeyrinə ölkədən xammal və məhsulların ixracını qadağan edir.
Bundan əlavə, RF hökumətinə on gün müddətində müvafiq siyahını tərtib etmək də tapşırılıb.
Qeyd edək ki, cari ilin mart ayında Rusiya hökuməti dost olmayan ölkələrin siyahısını təsdiqləyib.
Siyahıya Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, Avropa İttifaqına üzv ölkələr, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San-Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0