https://sputnik.az/20220503/ermenistan-atet-in-eteyinden-el-cekmir---mirzoyan-sulh-danisiqlari-barede-ne-dedi-441616371.html
Ermənistan ATƏT-in ətəyindən əl çəkmir - Mirzoyan sülh danışıqları barədə nə dedi
Ermənistan ATƏT-in ətəyindən əl çəkmir - Mirzoyan sülh danışıqları barədə nə dedi
Sputnik Azərbaycan
ABŞ və Ermənistan diplomatlarının görüşündə Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına başlamaqla bağlı proses müzakirə edilib. 03.05.2022, Sputnik Azərbaycan
2022-05-03T13:35+0400
2022-05-03T13:35+0400
2022-05-03T13:35+0400
ararat mirzoyan
qarabağ
viktoriya nuland
atət
sülh
https://cdnn1.img.sputnik.az/img/41944/94/419449453_38:0:1000:541_1920x0_80_0_0_ec0bf39a874b684cdaeb67e6068e9ea6.jpg
BAKI, 3 may - Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Vaşinqtonda görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Diplomatlar, Qarabağdakı vəziyyəti müzakirə ediblər. XİN rəhbəri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun işinin bərpasının vacibliyini qeyd edib.Mirzoyan və Nulland regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Ermənistan və Azərbaycan liderləri arasında Soçi və Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsini, Qarabağdakı vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlara başlamaq prosesini müzakirə ediblər. Mirzoyan ATƏT-in Minsk qrupunun işinin bərpasının vacibliyini vurğulayıb.Xatırladaq ki, ötən gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41944/94/419449453_251:0:972:541_1920x0_80_0_0_2fad40bd8b1bb4290a9e3006c36fef81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, viktoriya nuland, atət, sülh
ararat mirzoyan, viktoriya nuland, atət, sülh
Ermənistan ATƏT-in ətəyindən əl çəkmir - Mirzoyan sülh danışıqları barədə nə dedi
ABŞ və Ermənistan diplomatlarının görüşündə Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına başlamaqla bağlı proses müzakirə edilib.
BAKI, 3 may - Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Vaşinqtonda görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Diplomatlar, Qarabağdakı vəziyyəti müzakirə ediblər. XİN rəhbəri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun işinin bərpasının vacibliyini qeyd edib.
Mirzoyan və Nulland regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Ermənistan və Azərbaycan liderləri arasında Soçi və Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsini, Qarabağdakı vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlara başlamaq prosesini müzakirə ediblər. Mirzoyan ATƏT-in Minsk qrupunun işinin bərpasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.