https://sputnik.az/20220502/rusiya-ve-turkiyenin-mudafie-nazirleri-ukraynadaki-veziyyeti-muzakire-edibler-441609680.html
Rusiya və Türkiyənin müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
Rusiya və Türkiyənin müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
Sputnik Azərbaycan
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı ilə Ukraynadakı hərbi əməliyyatlar və humanitar məsələləri müzakirə ediblər. 02.05.2022, Sputnik Azərbaycan
2022-05-02T20:25+0400
2022-05-02T20:25+0400
2022-05-02T22:03+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
sergey şoyqu
rusiyanın müdafiə naziri sergey şoyqu
hulusi akar
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/42337/78/423377813_0:0:2000:1125_1920x0_80_0_0_90f824e24c659876bbea682ef04d4272.jpg
BAKI, 2 may - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər Ukraynadakı hazırkı vəziyyəti müzakirə edib.“Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il mayın 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukraynadakı mövcud vəziyyət, o cümlədən humanitar məsələlər müzakirə olunub”, - nazirlikdən bildirilib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42337/78/423377813_178:0:1955:1333_1920x0_80_0_0_d0a0794af88cefa7f434f5f10d8e0b14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu, hulusi akar, rusiya, ukrayna
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu, hulusi akar, rusiya, ukrayna
Rusiya və Türkiyənin müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
20:25 02.05.2022 (Yenilənib: 22:03 02.05.2022) Türkiyənin Milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı ilə Ukraynadakı hərbi əməliyyatlar və humanitar məsələləri müzakirə ediblər.
BAKI, 2 may - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər Ukraynadakı hazırkı vəziyyəti müzakirə edib.
“Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il mayın 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukraynadakı mövcud vəziyyət, o cümlədən humanitar məsələlər müzakirə olunub”, - nazirlikdən bildirilib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.