Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Ukraynanın MiQ-29 qırıcı təyyarəsi vurulub

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 02.05.2022
Abunə olmaq
Rusiya Silahlı Qüvvələrinin aviasiyası sutka ərzində Ukraynanın 38 hərbi obyektini yüksək dəqiqlikli raketlərlə vurub.
BAKI, 2 may - Sputnik. Rusiya hərbi pilotları Slavyansk yaxınlığında hava döyüşü zamanı Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsini vurub.
APA-nın xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Luqanskın Petrovskoe yaşayış məntəqəsində iki "Toçka-U" taktiki raketi vurulub. Slavyansk vilayətində hava döyüşü zamanı Ukraynaya məxsus MiQ-29 qırıcısı vurulub", - deyə Rusiya MN sözçüsü bu gün keçirdiyi brifinqdə qeyd edib.
Bundan əlavə, Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov, Xerson və Zaporojye vilayətlərində, eləcə də Donetsk və Luqansk vilayətində Ukraynanın 10 pilotsuz uçuş aparatını məhv edib.
"Ötən sutka ərzində Ukraynanın 38 hərbi obyekti yüksək dəqiqlikli havadan buraxılan raketlərlə vurulub. Bunlar arasında dörd komanda məntəqəsi, 30 dayaq məntəqəsi, canlı qüvvə və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər,
Pervomayskoye və İliçevka yaşayış məntəqələrinin ərazilərində üç raket və artilleriya silahı anbarı sıradan çıxarılıb.
Bundan əlavə, Arxangelovka ərazisində Osa AKM zenit-raket kompleksi və çoxsaylı buraxılış raket sistemlərinin batareyası məhv edilib.
Artilleriya bölmələri isə 26 komanda məntəqəsini, 78 dayaq məntəqəsi, canlı qüvvə və texnikanın cəmləşdiyi 359 ərazini və 67 artilleriya atəşi mövqeyini vurub. Ukrayna Silahlı Qüvvələrinin 6 silah-sursat anbarı, 280-dək şəxsi heyəti və 43 ədəd silah və hərbi texnikası məhv edilib",- deyə Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkovun sözlərinə görə, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 146 təyyarə, 112 helikopter, 683 pilotsuz uçuş aparatı, 281 zenit-raket kompleksi, 2756 tank və digər zirehli döyüş texnikası, 316 reaktiv yaylım atəşi sistemi, 1234 səhra artilleriya və minaatan, o cümlədən 2563 ədəd xüsusi təyinatlı avtomobil texnikası məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0