Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Mariupoldakı "Azovstal" ərazisində saxlanılan mülki şəxslər xilas edilib

© Sputnik / Илья Питалев / Mediabanka keçidДым над заводом "Азовсталь" в Мариуполе
Дым над заводом Азовсталь в Мариуполе - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
Millətçilərin girov saxladığı qadın uşaqlar Bezımennoye ərazisinə təxliyə edilib və orada hər birinə gecələmək üçün yer, yemək və tibbi yardım göstərilib.
BAKI, 1 may - Sputnik. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Mariupoldakı "Azovstal" ərazisindən millətçilər tərəfindən saxlanılan qadın və uşaqlar da daxil olmaqla 80 nəfər mülki şəxs xilas edilib.

Onlar Bezımennoye ərazisinə təxliyə edilib və orada hər birinə gecələmək üçün yer, yemək və tibbi yardım göstərilib.

Kiyev rejiminin nəzarətində olan ərazilərə getmək istəyənlər isə BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verilib.
Qeyd edək ki, bu gün Mariupol şəhərindəki “Azovstal” müəssisəsinin sığınacağında olan mülki əhalinin təxliyəsinə başlanılıb.
Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirmişdi ki, təxminən 100 nəfərdən ibarət ilk qrup artıq Ukraynanın nəzarət etdiyi əraziyə yollanıb.
"Biz onları sabah Zaporojyedə qarşılayacağıq. Komandamıza təşəkkür edirik! Hazırda onlar BMT nümayəndələri ilə birgə zavodda qalan mülki şəxslərin təxliyəsi üçün işləyirlər.", - deyə Zelenski bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iki gün əvvəl Kiyev rejiminin insanların “Azovstal”dan çıxmağını istəmədiyini deyib.
Zaxarova bildirib ki, Kiyevin məqsədi bu vəziyyətdən öz maraqları üçün istifadə etməkdir.
Rusiya XİN rəsmisinin sözlərinə görə, Zelenski “Azovstal”dakı vəziyyətdən özünə sipər düzəldib və elə düşünür ki, həmişə belə davam edəcək.
“Azovstal”dakı vəziyyət aprelin 26-da Rusiya Prezidenti Vladimir Putinlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın telefon danışığı zamanı da müzakirə edilib.
“Ərdoğanın Mariupoldakı vəziyyətlə bağlı qaldırdığı məsələ ilə bağlı Rusiya prezidenti qeyd edib ki, şəhər azad edilib və orada hərbi əməliyyatlar aparılır. “Azovstal” zavodunun ərazisində mühasirəyə alınmış ukraynalı hərbçilərə və millətçi batalyonlara gəlincə, Kiyev hakimiyyəti siyasi məsuliyyəti öz üzərinə götürməli və humanist mülahizələri rəhbər tutaraq onlara silahı yerə qoymağı əmr etməlidir", - deyə Putin Ərdoğana bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0