Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ və Avropadan Ukraynaya gətirilən silah-sursat anqarı məhv edilib - RF MN

© Sputnik / Алексей Куденко / Mediabanka keçidЦентр Мариуполя
Центр Мариуполя - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə yüksək dəqiqlikli “Oniks” raketləri Odessa yaxınlığındakı hərbi aerodroma zərbə endirib.
BAKI, 1 may - Sputnik. Rusiyanın yüksək dəqiqlikli “Oniks” raketlərinin Odessa yaxınlığındakı hərbi aerodroma endirdiyi zərbə nəticəsində ABŞ və Avropadan Ukraynaya gətirilən silah və sursatların olduğu anqar məhv edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
"Yüksək dəqiqlikli "Oniks" raketləri Odessa yaxınlığındakı hərbi aerodromda ABŞ və Avropa ölkələrindən alınan silah və sursatların olduğu anqarı, həmçinin uçuş-enmə zolağını məhv edib. Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Petrivske rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-24M bombardmançı təyyarəsini vurub", - Rusiya MN sözçüsü bildirib.
Onun sözlərinə görə, gecə saatlarında həmçinin Mejevaya, Novoboqdanivka, Miroqrad, Şirokaya Balka, Priyutnoye, Torskoye, Staromixaylovskaya, Balakleya və Xartsizsk yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatı məhv edilib.
Konaşenkov əlavə edib ki, Zaporojye vilayətinin Tokmak qəsəbəsi üzərində Ukraynaya məxsus iki “Toçka-U” ballistik raketi vurulub. Həmçinin, Xarkov vilayətinin Semenovka qəsəbəsi üzərində Ukraynaya məxsus “Smerç” reaktiv yaylım atəş sisteminin iki raketi məhv edilib:
“Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası Zaporojye və Artemovsk yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus iki S-300 zenit-raket kompleksini məhv edib. Bundan başqa , Rusiya aviasiyası Zaporojye vilayətinin Privolnoe və Şevçenko yaşayış məntəqələri ərazilərində iki silah-sursat və yanacaq anbarına, eləcə də canlı qüvvə və texnikanın cəmləşdiyi 15 dayaq məntəqəsinə və ərazilərə zərbələr endirib. Bu zərbələr nəticəsində Ukrayna qoşunlarının 140-a qədər şəxsi heyəti və 19 zirehli texnikası məhv edilib".
RF MN sözçüsü xüsusi hərbi əməliyyat başlayandan ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin 145 təyyarə, 112 helikopter, 672 pilotsuz uçuş aparatı, 281 zenit-raket kompleksi, 2703 tank və digər zirehli döyüş maşını, 312 reaktiv yaylım atəşi sistemi, 1203 səhra artilleriya və minaatan, 2514 xüsusi təyinatlı hərbi texnikası məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0