Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatı məhv edilib - Rusiya MN

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Abunə olmaq
Konaşenkov ötən gecə Rusiya ordusunun Ukraynada məhv etdiyi obyektlər barədə məlumat verib.
BAKI, 30 aprel - Sputnik. Rusiya Federasiyasının aviasiyası ötən gecə Ukraynanın sursat və yanacaq anbarlarını yüksək dəqiqlikli raketlərlə vurub. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
“Yüksək dəqiqlikli havadan buraxılan raketlər bir gecədə Ukraynanın beş hərbi obyektini vurub. Onların arasında: Berezovoye, Vozdvijenka, Pokrovskoye və Barvenkovo ​​yaşayış məntəqələri ərazilərindəki dörd sursat və yanacaq anbarı, o cümlədən millətçilərin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi ərazilər var”, - deyə general bildirib.
Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecədə 18 Ukrayna pilotsuz təyyarəsini vurub, Konaşenkov deyib:
“Rusiya hava hücumundan müdafiə sistemləri Qorlovka, Çervoni Oskol, Petmanovo, Kramatorsk, Kozinka, Karpovka, Putilina, Novoaxtırka, Bezliki Liman və Peremoqa yaşayış məntəqələri üzərində üç Bayraktar TB-2 də daxil olmaqla, Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatını məhv edib".
Bundan əlavə, gecə saatlarında "Donetsk Xalq Respublikası"nın Qorlovka və Xarkov vilayətindəki Snejkovka üzərində Ukraynanın “Smerç” reaktiv yaylım atəş sisteminin iki raketi vurulub.
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi onu da bildirib ki, bir gecədə Ukraynanın dörd hərbi obyekti, o cümlədən iki komanda məntəqəsi, çoxsaylı buraxılış raket sistemlərinin batareyası və radar stansiyası Rusiya raket qüvvələri tərəfindən vurulub.
“Raket qüvvələri gecə saatlarında Ukraynanın dörd hərbi obyektini vurub: Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin iki komanda məntəqəsi, çoxsaylı buraxılış raket sistemlərinin batareyası və radiolokasiya stansiyası”, - deyə o, brifinqdə bildirib.
Konaşenkovun sözlərinə görə, Rusiya artilleriyası ötən gecə təxminən 390 Ukraynaya məxsus hədəfi, o cümlədən 15 raket-artilleriya silah və sursat anbarını vurub:
"Artilleriya bölmələri gecə ərzində düşmənin 389 hədəfini darmadağın edib. Bunlara 35 komanda məntəqəsi, 41 dayaq məntəqəsi, 169 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, 33 artilleriya mövqeyi, həmçinin 15 raket və artilleriya silah və sursat anbarı daxildir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0