Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Türkiyənin Ukrayna ilə bağlı səyləri qətiyyətlə davam etdiriləcək - Ərdoğan

© AP Photo / Markus SchreiberTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Abunə olmaq
Ankara həm humanitar təmas qrupu, həm də evakuasiya və humanitar yardım üzrə BMT-nin rəhbərlik etdiyi araşdırmalara maksimum dəstək verməyə hazırdır.
BAKI, 30 aprel - Sputnik. Türkiyə Rusiya və Ukrayna arasında böhranın aradan qaldırılması üçün səylərini qətiyyət və səmimiyyətlə davam etdirəcək. RİA Novosti xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Prezident Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş arasında şənbə günü telefon danışığında Ukraynadakı müharibə ilə bağlı son hadisələr müzakirə olunub. BMT-nin baş katibi Quterreş prezident Ərdoğanı Moskva və Kiyevdəki təmasları barədə məlumatlandırıb”, - deyə Türkiyə liderinin ofisindən bildirilib.
Bildirilir ki, görüş zamanı prezident Ərdoğan Türkiyənin həm humanitar təmas qrupu, həm də təxliyə və humanitar yardım məsələləri ilə bağlı BMT-nin rəhbərlik etdiyi tədqiqatlara maksimum dəstək verməyə hazır olduğunu bildirib.
"Ankaranın Ukrayna və Rusiyanı sağlam düşüncə ilə və barışıq əsasında hərəkət etməyə çağırmağa davam edəcəyini bəyan edən Ərdoğan Türkiyənin də bu böhranı aradan qaldırmaq və sülhün bərqərar olması üçün səylərini qətiyyət və səmimiyyətlə davam etdirəcəyini vurğulayıb", - ofisdən bildirilib.
Türkiyə Prezidenti sonda BMT-nin baş katibi Quterreşi ad günü münasibətilə təbrik edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0