Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada bir həftə sonra defolt olacaq: Ölkəni nə gözləyir?

© AFP 2023 / -rubl
rubl - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Abunə olmaq
Standard & Poor's, Moody's və Fitch Ratings beynəlxalq reytinq agentliyi üçlüyünə görə Ukraynadakı xüsusi əməliyyat və onun ardınca gələn beynəlxalq sanksiyalar dalğası fonunda Rusiyanın suveren kredit reytinqləri defoltdan öncəki səviyyəyə düşüb.
Rusiyanın Ukrayna ərazisində xüsusi hərbi əməliyyata başladığı və Qərb ölkələri tərəfindən Rusiyaya qarşı bir sıra sanksiya paketləri qəbul edildiyi andan etibarən müxtəlif maliyyə şirkətləri, analitik və reytinq agentlikləri mütəmadi olaraq Moskvanın ödəmə qabiliyyətini itirəcəyini və nəticədə defoltun baş verəcəyini proqnozlaşdırırlar.
Sputnik defolt ehtimalının nə qədər yüksək olduğunu, onun 1998-ci ildəki böhrana bənzəyib-bənzəməyəcəyini və adi vətəndaşların həyatına necə təsir edə biləcəyini araşdırıb.
Sadə sözlərlə baş verənləri ifadə edək
Rusiyanın Ukrayna ərazisindəki xüsusi əməliyyatı və onun ardınca gələn beynəlxalq sanksiyalar dalğası fonunda Rusiyanın suveren kredit reytinqləri beynəlxalq reytinq agentliyi üçlüyünə görə (Standard & Poor's, Moody's və Fitch Ratings) investisiya səviyyəsindən defoltdan öncəki səviyyəyə düşüb.
FG "Finam"ın makroiqtisadi təhlil şöbəsinin rəhbəri Olqa Belenkaya qeyd edib ki, Rusiyada 1998-ci ildən bəri belə reytinqlər olmayıb.
"Reytinqinin azalması agentliklərin şübhələrini götərir: G7 ölkələri Mərkəzi Bankın ən likvid valyutalardakı (dollar, avro, ingilis funtu) ehtiyat aktivlərini dondurmasından, bir neçə iri Rusiya bankının beynəlxalq ödənişlərdən və SWIFT sistemindən uzaqlaşdırılmasından, eləcə də ABŞ və Böyük Britaniyanın Rusiyanın enerji resurslarını almaqdan imtina etməsindən sonra da dövlətin öz borcunu ödəmək üçün resursları və niyyəti olacaq", - deyə ekspert bildirib.
Başa düşmək lazımdır ki, Rusiyanın xarici borcunu qaytarmaq üçün müəyyən öhdəlikləri var - ölkə beynəlxalq investorlara xarici valyutada olan istiqrazları üzrə faiz ödəməyə borcludur.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalara və Qərbin Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasına baxmayaraq, mart ayında Moskva müntəzəm və vaxtında ödənişlər edib.
Pullar Rusiya Mərkəzi Bankının ABŞ-dakı dondurulmuş hesablarından silinirdi. Ödənişlər ABŞ hakimiyyətinin ABŞ Maliyyə Nazirliyinin müxbir bankına (J.P. Morgan) və onun ödəmə agentinə (Citybank və ya Bank of New York Mellon) fərdi icazələr verdikdən sonra həyata keçirilib.
Beləliklə, Rusiya Mərkəzi Bankının ehtiyatları dondurulduqdan sonra avrobond sahiblərinə beş istiqraz buraxılışı üzrə faizlər ödənilib. ABŞ Maliyyə Nazirliyinin xüsusi lisenziyası investorlara 2022-ci il mayın 25-dək Rusiyanın suveren avrobondları üzrə ödənişlər əldə etməyə imkan verir.
Aprelin əvvəlində Rusiya dollarla təyin edilən "Rusiya-2022" avrobondlarının buraxılışı üzrə növbəti ödənişi həyata keçirməli idi. Lakin həmin gün ABŞ Rusiyaya dondurulmuş ehtiyatlardan ödənişlər etməyi qadağan etdi.
Nəticə olaraq, xarici müxbir bank ödəniş tapşırıqlarını yerinə yetirməkdən imtina edib və Rusiya ödənişləri həyata keçirmək üçün vəsaitin olmasına baxmayaraq, onları qaytara bilmədi.
Ağ Evin rəsmi nümayəndəsi Cennifer Psaki bildirib ki, ABŞ-ın belə bir qərarının məqsədi Rusiyanı seçim etməyə məcbur etməkdir. ABŞ üç cəlbedici olmayan variantdan birini seçməyi təklif edib: Rusiyanın daxilində olan və Qərbin dondura bilmədiyi dollar ehtiyatları hesabına ödənişləri həyata keçirmək; ixrac gəlirlərindən əldə edilən yeni gəlir hesabına ödənişlər etmək və ya defolt vəziyyətində olmaq.
Lakin Rusiya başqa bir seçim etdi. Rusiya Maliyyə Nazirliyi Milli Hesablaşma Depozitarına Rusiya Mərkəzi Bankının aprelin 4-nə olan məzənnəsi ilə rublla vəsait köçürüb.
Bununla da Rusiya ölkənin maliyyə resurslarının olduğunu, həm də öz öhdəlikləri üzrə tam ödəməyə hazır olduğunu dünyaya nümayiş etdirdi.
Olqa Belenkayanın izah edib ki, Rusiyaya dost olmayan ölkələrdən olan investorlar "C" tipli hesablar üzrə ödənişlər ala bilərlər. Bu cür hesablardan pulları yalnız bir neçə əsasla, o cümlədən Rusiya daxilində vergi və komissiyaların ödənilməsi üçün çıxarmaq olar. Rublların isə başqa valyutaya köçürülməsi yalnız Maliyyə Nazirliyinin xüsusi alt komissiyasının icazəsi ilə mümkündür.
Yəni, Rusiyanın valyuta hesablarına çıxışı məhdud olduğu halda, dost olmayan ölkələrdən olan xarici investorların rublu başqa valyutaya çevirmək imkanları məhduddur.
"Bu tədbirin mahiyyəti məhz ondan ibarətdir ki, onlar Rusiya daxilində rublu dollara dəyişib buradan çıxara bilməyəcəklər. Formal olaraq, ölkə daxilində buna irad tutmaq olmaz. Siz axı pulları almısız? Almısız. Budur pullar hesabınızdadır, onları düzgün istifadə etməyə çalışın. Məsələn, Moskva birjasında səhmlər alın. Əgər onları çıxarmaq istəsəniz bunu edə bilməyəcəksiniz. Məsələ bundadır, bu, tamamilə ağıllı bir qərardır", deyə Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru, iqtisad elmləri doktoru Aleksey Zubets vurğulayıb.
Qərbi belə nəticə qane etmədi və elan olundu ki, dollar istiqrazlarının rublla ödənilməsi 30 gündən sonra defolt olacaq - artıq mayın 4-də Rusiyaya defolt elan edə bilər.
Ümumiləşdirsək, vəziyyət belədir: Rusiyanın pulu var, ödəmə qabiliyyəti yüksək səviyyədədir, lakin defoltun olması realdır və çox güman ki, ABŞ bunu mayın 4-də elan edəcək. Yalnız bu defolt öhdəliklərin vaxtında ödənilməsi üçün vəsait çatışmazlığı ilə deyil, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar səbəbindən bu ödənişin texniki cəhətdən həyata keçirilməsinin mümkünsüzlüyü ilə bağlı olacaq.
Defolt necə olacaq (əgər olacaqsa)?
İnsanların təsəvvür etdikləri defolt Rusiyada mümkün deyil. Başa düşmək lazımdır ki, 2022-ci ilin əvvəlinə görə Rusiyanın xarici öhdəliklər üzrə bütün borcu 478,2 milyard dollar (xarici dövlət borcu - cəmi 59,5 milyard dollar), yalnız Rusiyanın qızıl-valyuta ehtiyatları isə 643,2 milyard dollar təşkil edib.
Yəni, bütün borcları çıxılmaqla Rusiyanın təxminən 165 milyard dollar xalis ehtiyatı qalıb.
Yeri gəlmişkən, Rusiyadan başqa qızıl ehtiyatlarına görə dünyanın ilk beş ölkəsinin heç birinin xalis ehtiyatları yoxdur - onların hamısının qızıl ehtiyatlarının həcmini xeyli üstələyən borcu var.
"Agentliklərin indi qəbul etdiyi defolt 1998-ci ildəki defoltdan əsaslı şəkildə fərqlənərdi, bu gün bunun səbəbləri iqtisadi sahədə deyil. Hələ o vaxt, 1998-ci ildə borcun ödənilməsi və ona xidmət göstərilməsi üçün büdcədə vəsait yox idi, Mərkəzi Bankın ehtiyatları tükənmişdi. İndi Rusiyanın borcunu problemsiz yerinə yetirməsi üçün bütün iqtisadi və maliyyə şərtləri mövcuddur. Lakin sanksiyalar nəticəsində Maliyyə Nazirliyi mövcud olanları yenidən maliyyələşdirmək üçün yeni xarici borc cəlb etmək imkanından məhrum edilib, Mərkəzi Bankın ehtiyatlarının əhəmiyyətli hissəsi isə bloklanıb, sanksiyalar bəzi böyük Rusiya banklarını beynəlxalq hesablaşmalardan.kənarlaşdırır", - deyə Olqa Belenkaya qeyd edib.
"1998-ci ildəki defolt gələcək defoltdan fərqli olacaq. 1998-ci ildə ölkə öz öhdəliklərini yerinə yetirə bilmədi və bu həqiqətən də defolt idi. İndi Rusiyanın öhdəliklərini yerinə yetirmək üçün imkanları var, lakin sanksiyalara görə bu mümkün deyil", - deyə Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin maliyyə menecmenti kafedrasının dosenti Ayaz Əliyev qeyd edib.
Aleksey Zubets hesab edir ki, Rusiya Qərb tərəfindən qəbul edilmiş bütün qərarları nəzərə alaraq, öz borclarını onların şərtləri ilə ödəməyə razı olması qəribə olardı.
"Valyuta məzənnəsi ilə rublla ödənişlər aparmaq tamamilə aydın və düzgün tədbirdir. Əminəm ki, Defolt elan olunacaq. Ancaq bu, borcunu ödəyə bilməmə qabiliyyətinə görə defolt deyil, tətbiq edilən məhdudiyyətlərə görə defolt olacaq. Texniki adlanan defolt, mən deyərdim ki, hətta insan tərəfindən yaradılmışdır. Və bu texniki defolt heç bir şəkildə ölkə iqtisadiyyatına və rublun məzənnəsinə, həmçinin şirkətlərə və adi vətəndaşlara təsir etməyəcək", - deyə Zubets vurğulayıb.
Ekspertin fikrincə, Rusiyanın bu gün yaşadığı iqtisadi blokada şəraitində bu defoltun bütün yuxarıda sadalanan sahələr üçün nəticələri müsbət rol oynaya bilər.
"Çünki biz indi Qərbin şərtləri ilə xarici borcumuzu ödəməyə başlasaydıq, o zaman ölkədə valyuta azalacaqdı. Ölkə əhalisinin ehtiyac duyduğu istehlak mallarını da almağa pul çatmayacaqdı. Ümumiyyətlə, bunun heç bir mənfi təsir olmayacaq", - deyə Aleksey Zubets bildirir.
"Rusiyanın potensial defoltunun nəticələri investorların gələcəkdə bu ölkənin suveren borcalan kimi etibarlılığına uzunmüddətli və davamlı şübhələr yarada bilər. Lakin indi bunun sanksiyalara görə, az təsiri olacaq. Rusiya onsuz da ən mühüm xarici bazarlardan maliyyə cəlb edə bilmir", - deyə Olqa Belenkaya qeyd edir.
Aleksey Zubets hesab edir ki, Rusiyanın kredit reytinqlərinin azalması heç bir məna və əhəmiyyəti olmayan sırf simvolik hekayədir.
"Nə qədər ki, xarici investorlar Rusiyaya gəlmirlər, nə qədər ki, onların pulları Rusiyaya getmir, bütün bu reytinqlərin heç bir mənası yoxdur, bunun Rusiya üçün heç bir iqtisadi əhəmiyyəti yoxdur", - deyə ekspert yekunlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0