https://sputnik.az/20220430/rusiyada-atalarin-analiq-kapitali-huququ-haqqinda-qanunu-imzalanib-441583826.html
Rusiyada atalara "analıq kapitalı" veriləcək
Rusiyada atalara "analıq kapitalı" veriləcək
Sputnik Azərbaycan
"Çoxuşaqlı ölkə" layihəsi çərçivəsində bəzi tədbirlərin həyata keçirilməsini hələ ötən il təklif edilib. 30.04.2022, Sputnik Azərbaycan
2022-04-30T22:11+0400
2022-04-30T22:11+0400
2022-04-30T22:11+0400
rusiya
kapital
analıq kapitalı
ata
rusiya federasiyası
qanun
putin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087392_0:125:3195:1922_1920x0_80_0_0_9f25156393f6ec4391db0342a8e8bf8c.jpg
BAKI, 30 aprel - Sputnik. Rusiya prezidenti Vladimir Putin ataların "analıq kapitalı" alması üçün əsasların genişləndirilməsini nəzərdə tutan qanunu imzalayıb. RİA Novosti xəbər verir ki, müvafiq sənəd ölkənin hüquqi informasiyanın rəsmi portalında dərc olunub.Sənəd 2007-ci il yanvarın 1-dən sonra doğulmuş ikinci, üçüncü və ya sonrakı uşaqları təkbaşına böyüdən kişilərə əlavə dövlət dəstəyi ilə bağlı tədbirlərin hüququ əsasını genişləndirir.Bundan əlavə qanun 2020-ci il yanvarın 1-dən sonra doğulan uşaqların Rusiya vətəndaşı olmayan anasının ölümü hadisəsinə də şamil olunur.Qanun həmçinin uşaqları təkbaşına böyüdən kişi vəfat etdikdə bərabər paylarda uşaqlara əlavə dövlət dəstəyi tədbirləri almaq hüququnu da nəzərdə tutur.Qeyd edək ki, yeni federal layihə - "Çoxuşaqlı ölkə" layihəsi çərçivəsində bəzi tədbirlərin həyata keçirilməsini hələ ötən il təklif edilib. Bura ailədə üç və daha çox uşaq doğulduqda verilən federal analıq kapitalı həcmində, yəni 639,4 min rubl (14,8 min manat) federal çoxuşaqlı (atalıq) kapitalının da təsis olunması; çoxuşaqlı ailələrdə hər bir uşaq üçün, kiçik övlad yetkinlik yaşına çatana qədər aylıq 2,5 min rubl (58 manat) ödənilməsi və sair tədbirlər var.Bundan əlavə, layihədə çoxuşaqlı ailələr üçün alternativ ailə vergi sisteminin tətbiqi də təklif olunur. Burada ailədə uşaqların sayı artdıqca vergi faizlərinin azalması da nəzərdə tutulur. Layihə müəllifləri hesab edirlər ki, beş uşaqlı ailələr ümumiyyətlə vergi verməməlidirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087392_233:0:2962:2047_1920x0_80_0_0_5c71a1dc98241ede3a8a26942b4da48a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kapital, analıq kapitalı, ata, rusiya federasiyası, qanun, putin
kapital, analıq kapitalı, ata, rusiya federasiyası, qanun, putin
Rusiyada atalara "analıq kapitalı" veriləcək
"Çoxuşaqlı ölkə" layihəsi çərçivəsində bəzi tədbirlərin həyata keçirilməsini hələ ötən il təklif edilib.
BAKI, 30 aprel - Sputnik. Rusiya prezidenti Vladimir Putin ataların "analıq kapitalı" alması üçün əsasların genişləndirilməsini nəzərdə tutan qanunu imzalayıb. RİA Novosti xəbər verir ki, müvafiq sənəd ölkənin hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Sənəd 2007-ci il yanvarın 1-dən sonra doğulmuş ikinci, üçüncü və ya sonrakı uşaqları təkbaşına böyüdən kişilərə əlavə dövlət dəstəyi ilə bağlı tədbirlərin hüququ əsasını genişləndirir.
Bundan əlavə qanun 2020-ci il yanvarın 1-dən sonra doğulan uşaqların Rusiya vətəndaşı olmayan anasının ölümü hadisəsinə də şamil olunur.
Qanun həmçinin uşaqları təkbaşına böyüdən kişi vəfat etdikdə bərabər paylarda uşaqlara əlavə dövlət dəstəyi tədbirləri almaq hüququnu da nəzərdə tutur.
Qeyd edək ki, yeni federal layihə - "Çoxuşaqlı ölkə" layihəsi çərçivəsində bəzi tədbirlərin həyata keçirilməsini hələ ötən il təklif edilib. Bura ailədə üç və daha çox uşaq doğulduqda verilən federal analıq kapitalı həcmində, yəni 639,4 min rubl (14,8 min manat) federal çoxuşaqlı (atalıq) kapitalının da təsis olunması; çoxuşaqlı ailələrdə hər bir uşaq üçün, kiçik övlad yetkinlik yaşına çatana qədər aylıq 2,5 min rubl (58 manat) ödənilməsi və sair tədbirlər var.
Bundan əlavə, layihədə çoxuşaqlı ailələr üçün alternativ ailə vergi sisteminin tətbiqi də təklif olunur. Burada ailədə uşaqların sayı artdıqca vergi faizlərinin azalması da nəzərdə tutulur. Layihə müəllifləri hesab edirlər ki, beş uşaqlı ailələr ümumiyyətlə vergi verməməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.