https://sputnik.az/20220430/azad-edilmis-erazilerde-meteoroloji-stansiyalar-qurasdirilir-441575369.html
Azad edilmiş ərazilərdə meteoroloji stansiyalar quraşdırılır
Azad edilmiş ərazilərdə meteoroloji stansiyalar quraşdırılır
Sputnik Azərbaycan
Transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə təhlillər və kompleks tədqiqat işləri aparılır. 30.04.2022, Sputnik Azərbaycan
2022-04-30T23:23+0400
2022-04-30T23:23+0400
2022-04-30T23:23+0400
ağdam
qarabağ
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586083_0:161:3071:1888_1920x0_80_0_0_335672a4b3f37cf0a72a7d2fcfc414c5.jpg
BAKI, 30 aprel-Sputnik. İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlər üzrə müzakirələr aparılıb.Ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan təhlillər və aidiyyəti qurumların iştirakı ilə aparılan kompleks tədqiqat işləri haqqında qrup üzvlərinə məlumat verilib.Qarabağ və Şərqi Zəngəzurda ətraf mühitin moniotorinqi və hidrometeorologiya üzrə görülmüş işlər barədə qrup üzvlərinə məlumat verilib.İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işlərinə başlanılıb.Kənd təsərrüfatı sahəsində görülən işlər, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın artırılması, heyvandarlıq, arıçılıq təsərrüfatlarının köçürülməsi, kənd təsərrüfatı bitkilərinin ziyanverici və zərərvericilərinə qarşı aparılan mübarizə tədbirləri, “Ağıllı kənd” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək kənd əhalisinin məşğulluğunun təmin olunması üçün aparılan işlər haqqında müzakirələr aparılıb.Həmçinin işğaldan azad edilmiş ərazilərdə bərk məişət və digər tullantıların idarə edilməsi məsələləri müzakirə edilmiş və bu ərazilərdə əmələ gələn bərk məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üzrə “Təmiz Şəhər” ASC tərəfindən görülən işlər haqqında qrup üzvlərinə məlumat verilib.Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586083_170:0:2901:2048_1920x0_80_0_0_fca5cf88a61c69d19ab48785e22bf00a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ağdam, işğaldan azad edilmiş ərazilər
ağdam, işğaldan azad edilmiş ərazilər
Azad edilmiş ərazilərdə meteoroloji stansiyalar quraşdırılır
Transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə təhlillər və kompleks tədqiqat işləri aparılır.
BAKI, 30 aprel-Sputnik. İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlər üzrə müzakirələr aparılıb.
Ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan təhlillər və aidiyyəti qurumların iştirakı ilə aparılan kompleks tədqiqat işləri haqqında qrup üzvlərinə məlumat verilib.
Qarabağ və Şərqi Zəngəzurda ətraf mühitin moniotorinqi və hidrometeorologiya üzrə görülmüş işlər barədə qrup üzvlərinə məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işlərinə başlanılıb.
Kənd təsərrüfatı sahəsində görülən işlər, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın artırılması, heyvandarlıq, arıçılıq təsərrüfatlarının köçürülməsi, kənd təsərrüfatı bitkilərinin ziyanverici və zərərvericilərinə qarşı aparılan mübarizə tədbirləri, “Ağıllı kənd” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək kənd əhalisinin məşğulluğunun təmin olunması üçün aparılan işlər haqqında müzakirələr aparılıb.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə bərk məişət və digər tullantıların idarə edilməsi məsələləri müzakirə edilmiş və bu ərazilərdə əmələ gələn bərk məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üzrə “Təmiz Şəhər” ASC tərəfindən görülən işlər haqqında qrup üzvlərinə məlumat verilib.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.