https://sputnik.az/20220429/rusiya-gpsden-ayrilsa-ne-olacaq-441518404.html
Rusiya "GPS"dən ayrılsa, nə olacaq?
Rusiya "GPS"dən ayrılsa, nə olacaq?
Sputnik Azərbaycan
Söhbət 32 peykdən ibarət, Yer ətrafında altı orbit boyunca hərəkət edərək məlumat göndərən şəbəkədən gedir. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T10:01+0400
2022-04-29T10:01+0400
2022-04-29T10:01+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
gps
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441492896_0:0:3167:1782_1920x0_80_0_0_da82005e92f003aa8058d7ca1276f2db.jpg
BAKI, 29 aprel — Sputnik. Qərbin sanksiyalarla təzyiqi zamanı Rusiyanın üzləşə biləcəyi növbəti məhdudiyyət ölkənin ABŞ hökumətinə məxsus "GPS" naviqasiya sistemindən kənarlaşdırılması ola bilər.ABŞ sisteminin necə işlədiyini, Rusiyanın qonşu ölkələrə təsir etmədən "GPS"dən texniki cəhətdən kənarlaşdırılmasının mümkünlüyü və bu qərarın qəbul olunması halında hansı nəticələrin ola biləcəyini Sputnik araşdırıb.Rusiyanı "GPS"dən kənarlaşdıracaqlarmı?Qərbin anti-Rusiya sanksiyalarının növbəti paketinə Rusiyanın dünyada ən geniş yayılmış Qlobal Yerləşdirmə Sistemindən - "GPS"dən uzaqlaşdırılması daxil edilə bilər. Bu barədə mart ayında "Roskosmos"un rəhbəri Dmitri Roqozin məlumat verib.Ötən həftə "Rosaviasiya" şirkəti (Federal Hava Nəqliyyatı Agentliyi) Avropa Aviasiya Təhlükəsizliyi Agentliyindən (EASA) "GPS" siqnallarının pozulma ehtimalı ilə bağlı məlumat aldığını açıqlamışdı.Agentliyin bəyanatında qeyd edilib ki, söhbət Rusiya ərazisində "GPS" siqnallarının kəsilməsi və təhrif edilməsinin potensial riskindən getmir."GPS" siqnallarından istifadə edərək fəaliyyət göstərən təyyarələrin bort avadanlıqlarında və uçuşların radiotexniki təminatının yerüstü avadanlıqlarında nasazlıqların olması barədə məlumat daxil olmayıb. Sistemlər normal işləyir", - deyə bəyanatda bildirilir.Bununla belə, "Rosaviasiya" şirkəti bu məsələ ilə bağlı maraqlı təşkilatları və aviaşirkətləri əvvəlcədən xəbərdar edib."GPS"necə işləyir?Bu gün sistem 32 peykdən ibarət şəbəkədir və orbitdə yerləşməklə marker obyekt kimi fəaliyyət göstərir. Yəni, sadə sözlə ifadə etsək, peyklər Yer ətrafında altı orbit boyunca hərəkət edərək məlumat göndərirlər. Yer kürəsində olan bir çox qurğular (smartfon və naviqatorlardan tutmuş təyyarələrə və gəmilərə qədər) dəqiq ünvanla bağlı məlumat almaq üçün bu siqnallara qoşulurlar."GPS"in analoqları varmı?"GPS"in dünyada yeganə naviqasiya sistemi olmadığını başa düşmək lazımdır. Məsələn, Avropanın "Galileo", Çinin "Beidou" və Rusiyanın "QLONASS" naviqasiya sistemləri təxminən eyni sxem üzrə işləyirlər.Belə bir sistemin işləməsini və bütün peyklərin işini təmin etmək üçün orbitdə 24 aparatın olması lazımdır. Rusiyanın "QLONASS" sistemin orbitdə bu cür 25 aparatı var. "QLONASS" və "GPS" sistemləri mahiyyətcə oxşar olmasına baxmayaraq, onlar arasında fərqlər mövcuddur.Məsələn, bu yaxınlarda qeyd edildiyi kimi, ABŞ sisteminin peykləri altı orbital müstəvidə yerləşir. Bu "QLONASS"a nisbətən "GPS"in daha dəqiq olduğunu göstərir (Rusiya sistemində peyklər üç müstəvidə yerləşir). Ancaq fərq o qədər də əhəmiyyətli deyil: "GPS"in dəqiqliyi 5 metr, "QLONASS"ın dəqiqliyi isə 5-10 metrdir. Bununla yanaşı, Rusiya sistemi inkişaf edir, ancaq onun dəqiqliyi artır.Lakin peyklərin yerləşdiyi şimal enliklərində hündürlük fərqinə əsasən "GPS"ə nisbətən "QLONASS"ın dəqiqliyi üstündür. ABŞ peyklərinin aşağı mövqedə yerləşməsi (Rusiya peykləri ilə müqayisədə) bu bölgələrdə qeyri-dəqiq nəticələr verir, ancaq "QLONASS" aparatlarının orbit hündürlüyü isə onları tutmağa qadirdir.Bir sıra şimal ölkələri də bunu qəbul edir. Məsələn, bu barədə Swepos-da (real vaxtda yerləşdirmə məlumatlarını təqdim edən peyk istinad stansiyalarının İsveç şəbəkəsi) danışırlar.Rusiya sisteminin ABŞ sistemi ilə müqayisədə başqa üstünlükləri də var. Xüsusilə, peyklərin rezonansı yoxdur - yəni onlar Yerin fırlanması ilə sinxronlaşdırıcı qabiliyyətə malik deyillər, onların istismar müddəti ərzində düzəldilməsinə ehtiyac yoxdur, peyklər planetdən asılı olmayaraq fırlanırlar, bu da Rusiya aparatlarının işinin sabitliyini ABŞ aparatlarından daha üstün edir.Həmçinin, bunun sayəsində Rusiya peykləri məlumatların real vaxt rejimində işlənməsi və ötürülməsinin daha yüksək sürətinə malikdir."QLONASS"ın daha bir üstünlüyü isə bu sistemin işini dəstəkləmək üçün avadanlıqların qiymətinin "GPS" ilə müqayisədə daha ucuz olmasıdır ki, bu da onu biznes istifadəçiləri üçün maliyyə baxımından daha sərfəli edir.Müəyyən bir ölkəni "GPS"dən kənarlaşdırmaq mümkündürmü və bunun nəticələri necə ola bilər?Sputnik tərəfindən rəyi soruşulan ekspertlər qeyd edirlər ki, texniki cəhətdən konkret ölkəni GPS-dən kənarlaşdırmaq mümkün deyil.Məsələ ondan ibarətdir ki, "GPS" peyklərinin mövqeyi daim dəyişir (və rabitə peyklərindən fərqli olaraq, geostasionar orbitlərdə deyil). Yəni peyklərin bir hissəsinin söndürülməsi müəyyən bir ölkədə deyil, dünyanın bir sıra ölkələrində istehlakçılar üçün bağlantı itkisinə səbəb olacaq. Peyklərin əhatə dairəsi həddindən artıq genişdir. Bu isə o deməkdir ki, belə bir qərar qəbul ediləcəyi təqdirdə, xüsusən Rusiyanın bütün qonşuları - Baltikyanı ölkələrdən və Avropanın bir hissəsindən tutmuş bir sıra Asiya ölkələrinə qədər zərər çəkəcəklər."ABŞ və onun NATO müttəfiqləri Yuqoslaviyanı bombalayanda bizdə "GPS"i "söndürmüşdülər. Amerikalılar koordinatları təyin edərkən düzəlişlər edirdilər və nəticədə lazımlı nöqtədən kənarlaşmalar 200-500 metr oldu", - deyə "NavMarin" şirkətinin baş direktoru Aleksey Miqalin (naviqasiya avadanlığı və rabitə sistemlərinin tərtibatçısı və istehsalçısı) bildirib.Onun sözlərinə görə, indi müasir peyk naviqasiya sistemi (GNSS) müxtəlif peyk naviqasiya sistemlərindən – "GPS", "QLONASS", "Galileo", "Beidou"dan istifadə edərək yeri müəyyən edir."O hansısa sistemdə maneələrin olub olmadığını müəyyən edə bilir. Əgər maneəin "GPS"dən gəldiyini müşahidə etsə, o zaman bu məlumatları avtomatik olaraq koordinatların müəyyən edilib hesablanmasından kənarlaşdıracaq. Buna görə də, "GPS" pis işəyərsə belə, digər naviqasiya sistemlərindən istifadə etməklə yerləşmə göstəricisinin dəqiqliyi çox dəyişməyəcək. Bundan əlavə, GNSS qəbuledicisində "GPS"i söndürərək "QLONASS" və digər sistemlər üzrə işləmək mümkündür", - deyə ekspert izah edib.Buna görə də, əgər Rusiyanı "GPS"dən "kənarlaşdırmaq" qərarına gəlsələr, narahat olmaq üçün əsas yoxdur. "GPS" siqnallarını qəbul etmək mümkün olmadıqda, cihazlar digər peyk sistemlərindən məlumat alacaqlar (yeri gəlmişkən, onlar artıq siqnalları bu sistemlərdən əldə edirlər)."Hər şey necə işləyirdisə, elə də işləyəcək. Əksər Rusiyalıların smartfonları da normal işləyəcək, yerləşmə yeri göstərəcək və naviqatorda obyektləri axtaracaq", - deyə Aleksey Miqalin fikirlərini tamamlayıb."Advantum" MMC-nin (Qida Sektoru Təşkilatları Assosiasiyasının üzvü) layihə rəhbəri Sergey Yurçenko bildirib ki, ümumiyyətlə, "GPS"in söndürülməsi Rusiyada və "QLONASS" sistemindən istifadə edən ölkələrdə mövcud biznes və proseslərin vəziyyətinə faktiki olaraq heç bir təsir göstərməyəcək."Bu, bir çox səbəblərlə bağlıdır. Birincisi, qlobal əhatə dairəsi üçün 24 peyk, Rusiyanın ərazisini əhatə etmək üçün isə cəmi 18 peyk lazımdır. Yəni, mülki problemləri həll etmək üçün "QLONASS" peykləri kifayət edəcək. İkincisi, Rusiyada naviqasiya avadanlığını 10-dan çox müəssisə istehsal edir və bunların hamısı iki "GPS / QLONASS" sistemindən məlumatların birləşməsi ilə işləyir. "QLONASS" sistemi 2,8 metrə qədər yeri dəqiqliklə təyin edəndə, bu, obyektin yerini müəyyənləşdirmək üçün dəqiq məlumat verir - təxminən 2,37 metr.O, həmçinin qeyd edib ki, Rusiya ərazisində satılan cihazların böyük əksəriyyəti iki sistemlə (QLONASS və GPS) işləmək qabiliyyətinə malikdir, bu da hər iki sistemin göstəricilərin dəqiqliyini əhəmiyyətli dərəcədə artırır və çatışmazlıqlarını aradan qaldırır."Məsələn, "Qualcomm", "Exynos" və "Broadcom" kimi telefon çiplərinin istehsalçıları "GPS" ilə müqayisədə "QLONASS"ı dəstəkləyirlər, buna görə də bu bizim adi həyatımıza heç bir şəkildə təsir etməyəcək", - deyə ekspert fikrini yekunlaşdırıb.Aviasiyanı bundan sonra nə gözləyir?Rusiya təyyarələrinin uçuşlarının təhlükəsizliyinə gəlincə, "Rosaviasiya"da qeyd edilib ki, Rusiya ərazisində "GPS"in fəaliyyətini dayandırmaq və ya pozmaq heç bir təsir göstərməyəcək."Qlobal naviqasiya peyk sisteminin siqnalları tək deyil, təyyarənin bort sistemləri və ekipajları üçün onun yerləşmə yeri haqqında mümkün məlumat mənbələrindən biridir. Peyk naviqasiyası ilə yanaşı, təyyarənin mövqeyini təyyarənin hərəkətsizlik naviqasiya sistemi, eləcə də yerüstü naviqasiya və eniş üçün yardımçı vasitələri müəyyən edir", - deyə idarənin açıqlamasında bildirilir."Rosaviasiya"nın məlumatına görə, Rusiyanın 115 hava limanında, bu gün "QLONASS" və "GPS" siqnallarının vəziyyətinə davamlı olaraq nəzarət edən, naviqasiya siqnallarının hər hansı bir anomaliyası baş verdiyi halda təyyarəyə və hava hərəkətinə xidmət edən dispetçerlərinin avtomatlaşdırılmış iş yerlərinə nasazlıqlar barədə məlumatları dərhal ötürən yerli nəzarət-düzəliş stansiyaları quraşdırılıb."Bütün avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemləri və yerüstü radiotexniki uçuşlara dəstək sistemləri "QLONASS" siqnalları üzrə vahid vaxt sinxronizasiya sistemləri ilə təchiz olunub", - deyə idarədən bildirilib.Bununla yanaşı, Dmitri Roqozinin açıqlamasına görə, "Roskosmos", "Rosaviasiya" və Rusiya Nəqliyyat Nazirliyi tezliklə Rusiyada qalan mülki təyyarələrdə "QLONASS" siqnallarının qəbulu üçün avadanlıqlar quraşdıracaqlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441492896_0:0:2731:2048_1920x0_80_0_0_d625537ecc9f15e29b7d53371a178f50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, gps
BAKI, 29 aprel — Sputnik. Qərbin sanksiyalarla təzyiqi zamanı Rusiyanın üzləşə biləcəyi növbəti məhdudiyyət ölkənin ABŞ hökumətinə məxsus "GPS" naviqasiya sistemindən kənarlaşdırılması ola bilər.
ABŞ sisteminin necə işlədiyini, Rusiyanın qonşu ölkələrə təsir etmədən "GPS"dən texniki cəhətdən kənarlaşdırılmasının mümkünlüyü və bu qərarın qəbul olunması halında hansı nəticələrin ola biləcəyini Sputnik araşdırıb.
Rusiyanı "GPS"dən kənarlaşdıracaqlarmı?
Qərbin anti-Rusiya sanksiyalarının növbəti paketinə Rusiyanın dünyada ən geniş yayılmış Qlobal Yerləşdirmə Sistemindən - "GPS"dən uzaqlaşdırılması daxil edilə bilər. Bu barədə mart ayında "Roskosmos"un rəhbəri Dmitri Roqozin məlumat verib.
Ötən həftə "Rosaviasiya" şirkəti (Federal Hava Nəqliyyatı Agentliyi) Avropa Aviasiya Təhlükəsizliyi Agentliyindən (EASA) "GPS" siqnallarının pozulma ehtimalı ilə bağlı məlumat aldığını açıqlamışdı.
Agentliyin bəyanatında qeyd edilib ki, söhbət Rusiya ərazisində "GPS" siqnallarının kəsilməsi və təhrif edilməsinin potensial riskindən getmir.
"GPS" siqnallarından istifadə edərək fəaliyyət göstərən təyyarələrin bort avadanlıqlarında və uçuşların radiotexniki təminatının yerüstü avadanlıqlarında nasazlıqların olması barədə məlumat daxil olmayıb. Sistemlər normal işləyir", - deyə bəyanatda bildirilir.
Bununla belə, "Rosaviasiya" şirkəti bu məsələ ilə bağlı maraqlı təşkilatları və aviaşirkətləri əvvəlcədən xəbərdar edib.
Bu gün sistem 32 peykdən ibarət şəbəkədir və orbitdə yerləşməklə marker obyekt kimi fəaliyyət göstərir. Yəni, sadə sözlə ifadə etsək, peyklər Yer ətrafında altı orbit boyunca hərəkət edərək məlumat göndərirlər. Yer kürəsində olan bir çox qurğular (smartfon və naviqatorlardan tutmuş təyyarələrə və gəmilərə qədər) dəqiq ünvanla bağlı məlumat almaq üçün bu siqnallara qoşulurlar.
"GPS"in analoqları varmı?
"GPS"in dünyada yeganə naviqasiya sistemi olmadığını başa düşmək lazımdır. Məsələn, Avropanın "Galileo", Çinin "Beidou" və Rusiyanın "QLONASS" naviqasiya sistemləri təxminən eyni sxem üzrə işləyirlər.
Belə bir sistemin işləməsini və bütün peyklərin işini təmin etmək üçün orbitdə 24 aparatın olması lazımdır. Rusiyanın "QLONASS" sistemin orbitdə bu cür 25 aparatı var. "QLONASS" və "GPS" sistemləri mahiyyətcə oxşar olmasına baxmayaraq, onlar arasında fərqlər mövcuddur.
Məsələn, bu yaxınlarda qeyd edildiyi kimi, ABŞ sisteminin peykləri altı orbital müstəvidə yerləşir. Bu "QLONASS"a nisbətən "GPS"in daha dəqiq olduğunu göstərir (Rusiya sistemində peyklər üç müstəvidə yerləşir). Ancaq fərq o qədər də əhəmiyyətli deyil: "GPS"in dəqiqliyi 5 metr, "QLONASS"ın dəqiqliyi isə 5-10 metrdir. Bununla yanaşı, Rusiya sistemi inkişaf edir, ancaq onun dəqiqliyi artır.
Lakin peyklərin yerləşdiyi şimal enliklərində hündürlük fərqinə əsasən "GPS"ə nisbətən "QLONASS"ın dəqiqliyi üstündür. ABŞ peyklərinin aşağı mövqedə yerləşməsi (Rusiya peykləri ilə müqayisədə) bu bölgələrdə qeyri-dəqiq nəticələr verir, ancaq "QLONASS" aparatlarının orbit hündürlüyü isə onları tutmağa qadirdir.
Bir sıra şimal ölkələri də bunu qəbul edir. Məsələn, bu barədə Swepos-da (real vaxtda yerləşdirmə məlumatlarını təqdim edən peyk istinad stansiyalarının İsveç şəbəkəsi) danışırlar.
Rusiya sisteminin ABŞ sistemi ilə müqayisədə başqa üstünlükləri də var. Xüsusilə, peyklərin rezonansı yoxdur - yəni onlar Yerin fırlanması ilə sinxronlaşdırıcı qabiliyyətə malik deyillər, onların istismar müddəti ərzində düzəldilməsinə ehtiyac yoxdur, peyklər planetdən asılı olmayaraq fırlanırlar, bu da Rusiya aparatlarının işinin sabitliyini ABŞ aparatlarından daha üstün edir.
Həmçinin, bunun sayəsində Rusiya peykləri məlumatların real vaxt rejimində işlənməsi və ötürülməsinin daha yüksək sürətinə malikdir.
"QLONASS"ın daha bir üstünlüyü isə bu sistemin işini dəstəkləmək üçün avadanlıqların qiymətinin "GPS" ilə müqayisədə daha ucuz olmasıdır ki, bu da onu biznes istifadəçiləri üçün maliyyə baxımından daha sərfəli edir.
Müəyyən bir ölkəni "GPS"dən kənarlaşdırmaq mümkündürmü və bunun nəticələri necə ola bilər?
Sputnik tərəfindən rəyi soruşulan ekspertlər qeyd edirlər ki, texniki cəhətdən konkret ölkəni GPS-dən kənarlaşdırmaq mümkün deyil.
Məsələ ondan ibarətdir ki, "GPS" peyklərinin mövqeyi daim dəyişir (və rabitə peyklərindən fərqli olaraq, geostasionar orbitlərdə deyil). Yəni peyklərin bir hissəsinin söndürülməsi müəyyən bir ölkədə deyil, dünyanın bir sıra ölkələrində istehlakçılar üçün bağlantı itkisinə səbəb olacaq. Peyklərin əhatə dairəsi həddindən artıq genişdir. Bu isə o deməkdir ki, belə bir qərar qəbul ediləcəyi təqdirdə, xüsusən Rusiyanın bütün qonşuları - Baltikyanı ölkələrdən və Avropanın bir hissəsindən tutmuş bir sıra Asiya ölkələrinə qədər zərər çəkəcəklər.
"ABŞ və onun NATO müttəfiqləri Yuqoslaviyanı bombalayanda bizdə "GPS"i "söndürmüşdülər. Amerikalılar koordinatları təyin edərkən düzəlişlər edirdilər və nəticədə lazımlı nöqtədən kənarlaşmalar 200-500 metr oldu", - deyə "NavMarin" şirkətinin baş direktoru Aleksey Miqalin (naviqasiya avadanlığı və rabitə sistemlərinin tərtibatçısı və istehsalçısı) bildirib.
Onun sözlərinə görə, indi müasir peyk naviqasiya sistemi (GNSS) müxtəlif peyk naviqasiya sistemlərindən – "GPS", "QLONASS", "Galileo", "Beidou"dan istifadə edərək yeri müəyyən edir.
"O hansısa sistemdə maneələrin olub olmadığını müəyyən edə bilir. Əgər maneəin "GPS"dən gəldiyini müşahidə etsə, o zaman bu məlumatları avtomatik olaraq koordinatların müəyyən edilib hesablanmasından kənarlaşdıracaq. Buna görə də, "GPS" pis işəyərsə belə, digər naviqasiya sistemlərindən istifadə etməklə yerləşmə göstəricisinin dəqiqliyi çox dəyişməyəcək. Bundan əlavə, GNSS qəbuledicisində "GPS"i söndürərək "QLONASS" və digər sistemlər üzrə işləmək mümkündür", - deyə ekspert izah edib.
Buna görə də, əgər Rusiyanı "GPS"dən "kənarlaşdırmaq" qərarına gəlsələr, narahat olmaq üçün əsas yoxdur. "GPS" siqnallarını qəbul etmək mümkün olmadıqda, cihazlar digər peyk sistemlərindən məlumat alacaqlar (yeri gəlmişkən, onlar artıq siqnalları bu sistemlərdən əldə edirlər).
"Hər şey necə işləyirdisə, elə də işləyəcək. Əksər Rusiyalıların smartfonları da normal işləyəcək, yerləşmə yeri göstərəcək və naviqatorda obyektləri axtaracaq", - deyə Aleksey Miqalin fikirlərini tamamlayıb.
"Advantum" MMC-nin (Qida Sektoru Təşkilatları Assosiasiyasının üzvü) layihə rəhbəri Sergey Yurçenko bildirib ki, ümumiyyətlə, "GPS"in söndürülməsi Rusiyada və "QLONASS" sistemindən istifadə edən ölkələrdə mövcud biznes və proseslərin vəziyyətinə faktiki olaraq heç bir təsir göstərməyəcək.
"Bu, bir çox səbəblərlə bağlıdır. Birincisi, qlobal əhatə dairəsi üçün 24 peyk, Rusiyanın ərazisini əhatə etmək üçün isə cəmi 18 peyk lazımdır. Yəni, mülki problemləri həll etmək üçün "QLONASS" peykləri kifayət edəcək. İkincisi, Rusiyada naviqasiya avadanlığını 10-dan çox müəssisə istehsal edir və bunların hamısı iki "GPS / QLONASS" sistemindən məlumatların birləşməsi ilə işləyir. "QLONASS" sistemi 2,8 metrə qədər yeri dəqiqliklə təyin edəndə, bu, obyektin yerini müəyyənləşdirmək üçün dəqiq məlumat verir - təxminən 2,37 metr.
O, həmçinin qeyd edib ki, Rusiya ərazisində satılan cihazların böyük əksəriyyəti iki sistemlə (QLONASS və GPS) işləmək qabiliyyətinə malikdir, bu da hər iki sistemin göstəricilərin dəqiqliyini əhəmiyyətli dərəcədə artırır və çatışmazlıqlarını aradan qaldırır.
"Məsələn, "Qualcomm", "Exynos" və "Broadcom" kimi telefon çiplərinin istehsalçıları "GPS" ilə müqayisədə "QLONASS"ı dəstəkləyirlər, buna görə də bu bizim adi həyatımıza heç bir şəkildə təsir etməyəcək", - deyə ekspert fikrini yekunlaşdırıb.
Aviasiyanı bundan sonra nə gözləyir?
Rusiya təyyarələrinin uçuşlarının təhlükəsizliyinə gəlincə, "Rosaviasiya"da qeyd edilib ki, Rusiya ərazisində "GPS"in fəaliyyətini dayandırmaq və ya pozmaq heç bir təsir göstərməyəcək.
"Qlobal naviqasiya peyk sisteminin siqnalları tək deyil, təyyarənin bort sistemləri və ekipajları üçün onun yerləşmə yeri haqqında mümkün məlumat mənbələrindən biridir. Peyk naviqasiyası ilə yanaşı, təyyarənin mövqeyini təyyarənin hərəkətsizlik naviqasiya sistemi, eləcə də yerüstü naviqasiya və eniş üçün yardımçı vasitələri müəyyən edir", - deyə idarənin açıqlamasında bildirilir.
"Rosaviasiya"nın məlumatına görə, Rusiyanın 115 hava limanında, bu gün "QLONASS" və "GPS" siqnallarının vəziyyətinə davamlı olaraq nəzarət edən, naviqasiya siqnallarının hər hansı bir anomaliyası baş verdiyi halda təyyarəyə və hava hərəkətinə xidmət edən dispetçerlərinin avtomatlaşdırılmış iş yerlərinə nasazlıqlar barədə məlumatları dərhal ötürən yerli nəzarət-düzəliş stansiyaları quraşdırılıb.
"Bütün avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemləri və yerüstü radiotexniki uçuşlara dəstək sistemləri "QLONASS" siqnalları üzrə vahid vaxt sinxronizasiya sistemləri ilə təchiz olunub", - deyə idarədən bildirilib.
Bununla yanaşı, Dmitri Roqozinin açıqlamasına görə, "Roskosmos", "Rosaviasiya" və Rusiya Nəqliyyat Nazirliyi tezliklə Rusiyada qalan mülki təyyarələrdə "QLONASS" siqnallarının qəbulu üçün avadanlıqlar quraşdıracaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.